Satılan Mal Geri Qaytarılmır!

Satılan Mal Geri Qaytarılmır!

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Mobil telefonunuzdan nə qədər məmnunsunuz?

Yaxşı, indi telefonu aldığınız günə geri qayıdaq. Mobil telefonunuzu almazdan 10 dəqiqə əvvəl mi yoxsa aldıqdan 10 dəqiqə sonra mı daha müsbət fikirləriniz var idi?



Bir qrup alim, qərardan əvvəl və sonra ilə bağlı bir tədqiqat aparıblar. Bunun üçün texnologiya dükanları ya da hazır geyim dükanlarına yox, at yarışlarının keçirildiyi hipodroma üz tutmuşdular. Əlbəttə söhbət atların verdiyi qərarlardan getmir, at yarışı həvəskarlarının verdiyi qərarlardan gedir.

Tədqiqatçılar 2 dollarlıq mərc oynamağa gedənlərə, atlarının qazanacağından nə qədər əmin olduqlarını soruşdular. Yenə eyni sualı 2 dollarlıq mərcləri yatırdıqdan sonra oyuna baxmağa gedənlərdən də soruşdular.

Pulunu yatırmış olanların hardasa hamısı, hələki sıra gözləyənlərə nisbətlə, mərc oynadıqları atın qazanmaq şansını daha yüksək görürdülər.

Bir neçə dəqiqə içində nə baş vermişdi ki, bu insanlar qərarlarından bu qədər əmin olmuşdular? Sadə dillə desək, bir qərar nə qədər qalıcı və dəyişdirilə bilinməyəcəkdirsə, məmnuniyyət duymağa olan tələbimiz də bir o qədər artar.

Çünki insanlar, yəni sən, mən, hamımız, qərarlarımız barədə özümüzü daha yaxşı hiss etmək üçün seçimlərimizin ola biləcək pis tərəflərini göz ardı edirik. Yaxşı tərəflərini isə lazım olduğundan daha çox qabardırıq.


Bəs elədirsə, "alınan məhsul geri qaytarılmır” strategiyası firmalara zərər verir mi? Bəli, əlbəttə. Yox, dəli olmamışam. Eyni şey biz müştəriləri də narahat edir. Bu bir növ "müştəri itirmək” müqaviləsi kimidir.

Satılan mal geri qaytarılmır ifadəsi əslində bir məmnuniyyət qaydasıdır.

Dünyanın bir çox yerində Starbucks (Azərbaycanda olanı ziyarət etməmişəm – bilmirəm) , içkinizi bəyənməsəniz dəyişdirə bilmək imkanı verir.

"Dadını bəyənmədiniz? Bəli, bu içki çox tünddür, zəhmət olmasa dəyişdirin."

Ya dəyişdirmək imkanınız olmasa idi?

"Tamam, qəbul edirəm biraz tünddür amma özümə gələ bilməyimə kömək etdi” – kimi bəhanələrlə özünüzü məmnun etməyə çalışacaqsınız. Halbuki dəyişdirmə şansınız olduqda buna heç ehtiyac duymayacaqsınız.

Bəs sən müştəri olaraq hansını seçərsən?

Məhsullarını aldığınız firmanın məqsədi nədir? Müştəri məmnuniyyəti, yoxsa satış?

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×