main-post-cover

    Saturn halqalarının maraqlı xüsusiyyəti aşkar edilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Cassini kosmik aparatından alınmış məlumatlara əsasən alimlər müəyyən ediblər ki, Saturn planetinin ən parlaq halqası olduqca cavan və yüngüldür. Alınmış məlumatlar nəticəsində alimlər halqalara yaxınlaşan zaman onların hissəciklərini özünə çəkən Saturn və onun peyklərinin yaratdıqları mürəkkəb qravitasiya qüvvəsinin köməyi ilə əmələ gələn dalğaları müşahidə ediblər. Sıxlıqın spiralşəkilli dalğalarını dəqiq müşahidə etdikdən sonra alimlər halqaların hissəciklərinin çəkilərini müəyyən edərək aşkar ediblər ki, şəffaf olmayan halqaların çəkiləri şəffaf olan halqaların çəkiləri ilə eynidir. Daha əvvəllər güman olunurdu ki, halqa nə qədər çox sıx və parlaq olsa onun daxilində materiya bir o qədər çox olacaq. Lakin ən parlaq halqa digərlərindən daha yüngüldür. Bu nəticə bir çox alimləri çaş-baş salıb. Eyni dərəcədə materiyanın olduğu halqaların müxtəlif dərəcədə şəffaflığa malik olmalarına alimlər aydınlıq gətirməyə çalışacaqlar. Halqaların sıxlıqlarının təyin edilməsi onların yaşlarını öyrənməyə imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər