main-post-cover

    Şaxta baba mağazada rəqs edə-edə MacBook oğurladı (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Şaxta baba paltarında olan naməlum şəxs, texnika mağazasından 12 inç ekranlı MacBook oğurladı.

    Hadisə, Tbilisidəki texniki mağazalarından birində baş verib. Mağazada olan təhlükəsizlik kameraları oğurluq hadisəsini anbaan qeydə alıblar. MacBook-un oğurlanması ilə bağlı istintaq aparılır. iPlus adlı mağaza, "Apple” məhsullarının satışı ilə məşğul olur. Artıq rəhbərlik, MacBook-u oğurlamış şəxsi yaxalamağa görə xüsusi mükafat elan edib. Belə ki, oğrunu yaxalamaqda kömək edəcək şəxsəiPhone modeli hədiyyə olunacaq. Oğurluq hadisəsi ilə bağlı video, sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir çoxlarının fikrincə bu video sadəcə olaraq reklam xarakterli çəkilib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər