main-post-cover

    Saxta iPhone adapteri can aldı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    ABŞ-ın Texas ştatında yaşayan Gabrielle Samuels adlı bir nəfər saxta iPhone adapteri istifadə edən zaman faciə ilə üzləşib.
    Hamımza məlumdur ki, texnologiya bazarında xüsusən də iPhone modellərinin orginal hissələri qiymət olaraq bahadır.Bu zaman 2-ci sənaye dediyimiz bazarın məhsullarına üz tuturuq.Bu sferada orginal məhsullardan qat-qat ucuz və həmin funksiyanı yerinə yetirə bilən parçaların demək olar eynisi satılır.Biz isə heç tərəddüd etmədən həmin məhsulları alıb istifadə edirik.Lakin geyimdə olduğu kimi orginal olmayan geyimlər xüsusən Çin məhsulları dərimizə zərər verdiyi kimi eyni hal texnologiya üçün də xarakterikdir belə ki, aldığınız hər bir saxta texnoloji məhsul sizin həyatınız üçün potensial təhlükədir!
    ABŞ-da yaşayan Gabrielle Samuels özünün mövcud iPhone adapteri yararlı olmadığından yenisin almaq qərarına gəlib lakin o bahalı orginal məhsul əvəzinə ucuzu seçib.Nəticədə gecə telefonu enerjiyə bağlı saxlayaraq qulaqlıqlardan istifadə edib. Bu zaman elektrik axını baş verib və yuxuya gedən Samuels bir daha ayılmayıb.Həyatınızı təhlükəyə atmamaq üçün saxta məhsullar əldə etməkdən çəkinin.
    Linki kopyala