main-post-cover

    Saxta telefon fırıldaqçılığında son nöqtə! Diqqətli olun.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İnsanların texnologiya haqqında məlumatsız olması və orijinal, saxta telefonları bir-birindən fərqləndirə bilməmələri sözün əsl mənasında başlarına bəla olur.

    Bu kimi halların yaşanması, qarşı tərəf olan fırıldaqçıların yeni metodlara əl atmasına və daha çox saxta məhsulu satmalara səbəb olur. Bu xəbərimizdə isə çox qəribə hadisə haqqında sizə məlumat verəcəyik. Belə ki, bir nəfər inernet üzərindən sifariş etdiyi iPhone-u qapıda ödəmə metodu ilə əldə edir. Kuryer telefonu qapıya gətirən zaman normal olaraq həmin şəxs telefonu açıb, yoxlamaq istəyir. Telefonu açandan sonra "low battery" bildirişi ilə qarşılaşan adam, telefonun enerjisinin olmadığını görür və hər halda işləyər prinsipi ilə ödəmə edib telefonu alır.

     

    Daha sonra telefonu yoxlayan zaman necə bir fırıldaqla qarşılaşdığının fərqinə varır. Belə ki, ekranda olan "low battery" yazısı əslində saxtadır, ümummiyyətlə ekran belə yoxdur, plastikdən ibarət ekranın arxasında led işıqlandırıcılar var.
     
     

    Telefonu işə salan zaman həmin işıqlandırıcılar ekranda olan "low battery" yazısını işıqlandırır və elə təəssürat yaradır ki, batareya bitib artıq. Bu da azmış kimi, telefonun içində ağırlığın təmin olunması üçün dəmir parçalar və əlavə ledlər də yerləşdirilib. Belə hallarla qarşılaşmamaq üçün daima texnologiya xəbərlərini izləməli, telefonlardan məlumatlı olmalı və güvənilir olmayan saytlardan ikinci əl yaxud yeni telefonlar sifariş etməməlisiniz. Əks halda belə halların sayı daha da artacaq və bu tipli fırıldaqçılar daha çox pul qazanacaq.




    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər