Bayonetta, Devil May Cry, Resident Evil 2, Okami kimi oyunların yaradıcısı yaponiyalı gamedizayner Hideki Kamiya Gamescom 2015 oyun sərgisi çərçivəsində keçirilmiş Microsoft şirkətinin press-konfransı zamanı eksklüziv olaraq Xbox One üçün hazırlanan Scalebound oyununun ilk gameplay videosunu təqdim edib. Kamiya-nın sözlərinə görə Scalebound Platinum Games studiyasının ən iri miqyaslı oyunudur və o daha öncə buna bənzər heç bir oyun üzərində çalışmayıb. Qeyd edək ki, Scalebound Action\\RPG janrında olan open-world oyundur. Oyunda sizlər müxtəlif əraziləri tək başına və yaxud böyük əjdahanız ilə birlikdə müşahidə edə biləcəksiniz. Scalebound 2016-cı ilin sonunda satışa çıxacaq.
Şərh yoxdur