Seedstars Baku 2016’a qeydiyyat başlandı.

Seedstars Baku 2016’a qeydiyyat başlandı.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Hər il baş tutan və qalib layihənin 500.000$-a qədər investisiya aldığı məşhur Seedstarsworld yarışının ilkin mərhələsinə qeydiyyat başlanıb.

Azərbaycanda Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi\'nin vasitəçiliyi ilə təşkil olunan yarış 18 iyun tarixində baş tutacaq. Hər il olduğu kimi bu dəfə də Azercell\'in sponsorluğu ilə təşkil olunan yarışın qalibi komanda gələn il keçiriləcək Seedstarsworld yarışında Azərbaycanı təmsil edərək 500.000$ üçün yarışacaq.


Qeyd edək ki, qeydiyyat linki vasitəsilə layihənizlə birlikdə Seedstarts Baku üçün qeydiyyatdan keçə bilərsiniz. Seçilmiş layihələr 18 iyun tarixində baş tutacaq tədbirdə təqdimatlarını edəcəklər. Qalib layihə isə İsveçrədə Azərbaycanı təmsil edəcək.


Seedstartsworld yarışı 3 mərhələdən ibarətdir:

1. Online Müraciət (Appilicatons)

1-ci mərhələdə Seedstarsword\'ə müraciət üçün 65-dən çox ölkədən online formada müraciət qəbul olunur. Seedstarsword\'ün yerli əməkdaşları ( Azərbaycanda- Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi) bu mərhələdə distürübütör kimi iştirak edir. Online müraciət formunda müraciət edənlər 20 dəqiqə ərzində müraciət formunu doldurmalıdırlar.

2. "Pitching” tədbiri

1-ci mərhələdən seçilmiş 10-12 startup ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin mütəxəssisləri qarşısında startuplarının təqdimatını edirlər. Bu tədbir inverstorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup qlobal Seedstarsworld’də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. ( xərclər Azercell MMC şirkəti tərəfindən qarşılanır) Ən əsası qalib layihə investisiya uğrunda qlobal startuplar ilə mübarizə aparır.

3. Seedstars Summit

Bütün ölkələrdən qalib layihələrin dəvət olunduğu beynəlxalq konfrans startup\'ın tanıdılması və investisiya cəlb edilməsi üçün əla şərait yaradır. İnvestorların forumu da adlandıra biləcəyimiz bu tədbirdə bütün layihələr çıxış edərək öz təqdimatları edir və ən asası 500.000 $-a qədər başlanğıc kapitalı əldə etmək imkanını qazanırlar.

Yarışa müraciət edən startuplar üçün qoyulan tələblər aşağıdakılardır:

1. Maksimum mövcud olma tarixi 2 il ( yəni startupınız son 2 il ərzində formalaşdırdığınız layihə olmalıdır)

2. Maksimum büdcə təlabatı 500.000 dollar

3. MVP – İlkin prototipin mövcudluğu.


Təqimatın sturukturu:

1. 1 təqdimatçı

2. 6 dəqiqə təqdimat vaxtı

3. 4 dəqiqə sual-cavab

Qeydiyyat üçün link : Start Pre-Application Here

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×