Seedstars World Baku yarışının qalibi məlum oldu. (SON DƏQİQƏ)
Digər
07.05.2017
Farid Pardashunas
Azercell-in dəstəyi və Barama
İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 18 iyunda Qafqaz Universitetinin Texnoparkında növbəti
dəfə azərbaycanlı startaplar arasında
Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilib. Azercell,
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı PAŞA Bank və
QU Technopark dəstəyi ilə keçirilən tədbir TechNote tərəfindən canlı
yayımlanıb. Münsiflərin səsverməsi nəticəsində 2017-ci ildə Azərbaycanı Seedstars World müsabiqəsində təmsil edəcək
qalibin adı açıqlanıb. Beləliklə 2017-ci il İsveçrədə dünyanın ən yaxşı
startapı adını almaq uğrunda Kvotter yarışacaq. Seçimlər nəticəsində II
yerin qalibi FoodLook, III yerin sahibi isə KeepFace oldu.
Ikinci
yerin qalibi Huawei şirkəti tərəfindəntəqdim olunanmobil
telefon cihazlarını,III yerin sahibi isə Barama-dan hədiyyələr qazanıb.
Azercell-in
Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri və Barama Biznes
İnkubatorun baş meneceri, ölkə üzrə müsabiqənin təşkilatçısı və Seedstars Səfiri
İmran Bağırov bu il keçirilən yerli seçimlərdə uğurlu layihələrin daha çox
olduğunu vurğulayıb: "
Məlumat
üçün bildirək ki, Seedstars
World müsabiqəsinin yerli seçimləri nəticəsində 1-ci mərhələdən seçilmiş
10-12 startup ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin
mütəxəssisləri qarşısında startuplarının təqdimatını ediblər. Bu tədbir
investorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin
iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup
qlobal "Seedstarsworld’də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər
qarşılanmaqla səyahət edir. Ən əsası qalib layihə investisiya uğrunda qlobal
startuplar ilə mübarizə aparır.
Onu da qeyd edək ki,
Seedstars World inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında
bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir.
Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək,
onlara yardım etməkdən ibarətdir.
Ötən il
Seedstars World 36 ölkəni əhatə edirdisə, artıq 2016-cı ildə iştirakçı ölkələrin
sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin
toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib.
Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz
layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər.
Azərbaycanın
telekommunikasiya sahəsinin lideri Azercell Telekom MMC bu Ümumdünya Startap
Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir.
Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi
departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.
Qeyd edək ki,
bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət
və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını
göstərmək imkanı yaradır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!