main-post-cover

    Şəhərdə məhsul yetişdirən "Agricool" şirkətinə 4 milyon avro investisiya edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hal-hazırda dünya miqyasında meqapolislərin artması ekologiyada problemləri artırmaqdadır. Hətta çox mərtəbəli göydələnlərin tikintisi şəhərlərdə torpaq sahələrini, yaşıllıqları azaltmaqdadır. Belə olan halda həm ekologiyanı təmiz saxlamaq, həm də yeni binalar inşa etmək daha çətin vəziyyət alır.

    Bundan əlavə belə ərazilərdə insanların məskunlaşması qida ehtiyacının artmasına səbəb olur. Vəziyyət belə olduqda şaquli kənd təsərrüfatı anlayışı ortaya çıxır. Bu yenilik ölkəmizin bəzi yerlərində yer almaqdadır. Burda becəriləcək bitkilər hündür binaların üzərində xüsusi qulluq texnologiyası ilə yetişdirilir. Yuxarıda sadalanan amillər isə gələcəkdə belə təsərrüfat növünə marağı daha da artıracaq.
    Buna son nümunə olaraq "Parrot" qurucusu Henri Seydoux və digərlərinin də daxil olduğu qrupun Fransız firması Agricool-a 4 milyon avro investisiya etməsini göstərmək olar. Agricool əsasən şəhər mərkəzində xüsusi konteynerlərdə bütün şərait nəzərə alınmaqla çiyələk yetişdirmək üzərində işlər aparır.
     
    Digər vacib məqamlardan biri də bu bitkinin təbii yolla yetişdirilməsinə nail olmaqdır. Şirkət əsasən Türkiyə, İspaniyaİtaliyadan gətirilən çiyələkləri Parisdə yetişdirməyi qərarlaşdırır.
    Şirkətin verdiyi məlumata görə "cooltrainer” adı verilən konteynerləri sınaqdan keçirmək üçün Parisin sahil səmtlərindən birində ərazi kiralanaraq A/B testlərinə start verilib. Konteynerlərin sayının 2017-ci ildə 75-ə çatdırılması və 91 ton təbii yolla yetişdirilmiş çiyələk əldə olunması planlanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər