main-post-cover

    Səhərlər yuxudan durmaq probleminə SON, yeni qol saatı ilə yuxudan oyanmaq çox asan oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yuxudan oyatmaq üçün Elektro-Şok verən yeni qol saatı

     
    Yuxu problemi əksər insanların daim qarşılaşdığı problemlərdən biridir. Səhər işə gecikmək yaxud vaxtında oyanmamaq kimi problemlər insanları müxtəlif üsullardan istifadə etməyə məcbur edir. Müxtəlif növ zəngli saatlar sırf insanların vaxtında yuxudan oyanmaları üçün müxtəlif texnologiyalar əsasında hazırlanmışdır. Ancaq indi sizə haqqında danışacağımız bu saat sözün əsl mənasında sizi tok vurmuş bir şəkildə yuxudan oyatmağı qarşısına məqsəd qoyub. Pavlok adlı bir firmanın istehsal etdiyi qol saatı sizin oyanmaq üçün təyin etdiyiniz vaxtda sizə elektro-şok yaşadır. Yuxusu ağır olan və daş kimi yatan insanlar üçün hazırlanmış bu saat indiegogo üzərindən artıq satışa çıxarılıb. "Shock Clock" adlandırılan bu ağıllı saatı əldə etmək üçün 99$ ödəniş etməlisiniz. Sözügedən saat haqqında daha ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər