main-post-cover

    Selena Gomez, Instagram-dan imtina etdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Instagram-da ən çox izləyiciyə sahib istifadəçisi Selena Gomez Instagram-ı telefonundan sildi!

    Məşhur aktrisa, müğənni, prodüser və Instagram-da ən çox izləyicisinə sahib istifadəçisi Selena Gomez, Instagram tətbiqini telefonundan sildiyini söylədi. Uşaqlığından bəri həm mahnıları həm də aktyorluğu ilə bütün dünyanın yaxından tanıdığı məşhur sənətçi Selena Gomez, ən çox Instagram istifadəçisinə sahib olmasıyla "Instagram Kraliçası” ünvanını əlində saxlayır. Son günlərdə Netflix platformasına xüsusi olaraq çıxacaq və yalnız internetdə nəşr olunacaq "13 Reasons Why” filminin prodüsseri Selena Gomez, Vogue jurnalına verdiyi müsahibəsində artıq Instagram istifadə etmədiyini söylədi. Instagram-ın, özünə xatırlamağı istəmədiyi anları  xatırlatdığını söyləyən Gomez, platformanın dünya daxilində ən çox izləyicisinə sahip istifadəçisi olmasına baxmayaraq artıq telefonunda Instagram tətbiqinə yer vermir. Lakin Gomezin, Instagram hesabı hələ də aktiv vəziyyətdədir. 113 milyon izləyicisi olan Gomez, son fotoşəkilini təxminən 1 ay əvvəl yükləyib. Təbii ki, ən çox izlənən istifadəçisinin bir anda platformadan imtina etməsi, Instagram üçün də sevindirici bir xəbər deyil.
    Linki kopyala