main-post-cover

    Selfi edəndə diqqətli olun. Hackerlər sizin selfi fotonuz sayəsində smartfonunuzu sındıra bilərlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son illərdə bir çox insanlar arasında smartfonun ön kamerası ilə foto çəkdirmək çox dəbdədir.

    Məhz bu cəhətdən bir çox smartfon istehsalçısı, öz cihazlarında ön kameraya daha çox diqqət yetirirlər. Lakin çox az adam bilir ki, müasir dövrdə smartfon kamerası ilə çəkilmiş fotolar vasitəsilə insanların barmaq izlərini müəyyən etmək olar. Bu barədə Yaponiyanın Beynəlxalq İnformatika İnstitutunun professoru Isao Echizen danışıb. Professor öz müsahibəsində bildirib ki, o, foto vasitəsilə insanın barmaq izini aşkar etməyə nail olub. O bu təcrübəni, insan barmağının əks olunduğu foto ilə həyata keçirib. Bununla belə foto təqribən 3 metr məsafə ilə çəkilmişdir. Asiya ölkələrində bu hal daha kritikdir. Belə ki, ordakı gənclər "V” jesti ilə foto çəkməyi çox sevirlər. Bundan əlavə professor bildirib ki, onun komandası, insanların barmaq izlərini oğurlamağın qarşısını alan texnologiya yaradıb. Həmin texnologiya, titan oksidi əsasında çalışır. Beləliklə titan oksidi, istənilən fotoda əks olunmuş barmaq izini gizlətməyə və ya onu dəyişməyə imkan verir. Bundan sonra internetə selfi foto yerləşdirəndə agah olun ki, kimsə sizin barmaq izlərinizi əldə edə bilər. Nəzərə alsaq ki, bir çox müasir smartfonlar, barmaq izi skanları ilə təchiz olunub, onda bu üsulla hackerlər sizin şəxsi məlumatlarınızı rahatlıqla əldə edə bilərlər.
     
    Linki kopyala