Selfie ilə ödəniş dövrü başladı
Tech-Biznes
e-ticaret
07.05.2017
Farid Pardashunas
Mastercard, 2016-nın ikinci yarısında, Selfie Pay adını verdiyi, biometrik idarə prosesli bir ödəniş texnologiyasını təqdim etmişdi.
Bu sistemdə, istifadəçi mobil cihazdan bir ödənişə təsdiq
verərkən, telefonun ön kamerasından istifadəçinin üzünün şəkli çəkilir və sistem
bu şəkili üz tanıma texnologiyası ilə analiz edərək, telefonun sahibi tərəfindən
tutulub tutulmadığını təyin edirdi.
Selfie Çək, Kimliyini Təsdiqlə
Avropada bir çox ölkədə sınaqdan keçirilməyə başlayan system
indi Uzaq Şərqə də çatdı.
Mastercard, Sinqapurda da Selfie Pay sistemini istifadəyə
verəcəyini açıqladı. Lakin hələlik bir dəqiq bir tarix açıqlanmayıb. Sistemin
Sinqapurda əvvəlcə test mərhələsindən çıxması və daha sonra geniş istifadəyə
açılması gözlənilir.
Şirkət, Selfie Pay sistemini daha əvvəl də Latın
Amerikada istifadəyə verəcəyini elan etmişdi. Beləcə Mastercardın üz tanıma
texnologiyalı yeni ödəniş sistemi, bir neçə ay içində dünyanın böyük bir hissəsinə
çatmış oldu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)