Reklam
SEO haqqında bilinməyən 8 xüsusiyyət

SEO haqqında bilinməyən 8 xüsusiyyət

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

SEO sadə bir şey deyil. Bu axtarış optimizasiyası bir çox komponentlərdən ibarətdir. Bununla belə onunla olan effektiv iş üsulları öz aktuallığını itirir.

Heç kimə sirr deyil ki, "Google” mütəmadi olaraq alqoritmləri yeniləyir. Buna görə də saytların axtarış sıralaması dəyişir. Bundan əlavə olaraq şirkət alternativ sıralama üçün yeni imkanlar yaradan yeni texnologiyalar təklif edir. Bütün bunlar SEO mütəxəssislərin işini çətinləşdirir. Belə ki, onlar hər dəfə yenilikləri öyrənərək onlara öyrəşməli olurlar. Baxmayaraq ki, çox adam SEO və orqanik trafik haqqında danışır, indiyənə kimi SEO haqqında çox adamın bilmədiyi 8 xüsusiyyət var.

1. Demək olar ki, hər zaman "çoxluq” yaxşı seçim deməkdir


Bəzi sahələrdə "Google” böyük saytlara önəm verir. Məsələn əgər siz kişi cins geyimləri üzrə internet mağaza istifadəyə versəz çox çətin ki, kişi cins geyimlər üzrə axtarış zamanı ilk top onluğa düşəcəksiniz. Hansı səbəbə görə?

Axtarış nəticələri olaraq ilk səhifədə yalnız məşhur brendlər yer alacaq. Siz onlarla rəqabət apara bilərsiniz? Çox böyük ehtimal ilə xeyr. Bu cür hallarda "Google”məşhur brendlərə gənc startaplardan daha çox önəm verir. Belə ki, şirkət öz istifadəçilərinə daha yaxşı məhsulları təqdim etməyə çalışır. Bəs bu halda yeni kişi cins geyimləri üzrə şirkət yaratmamaq lazımdır? Xeyr bu belə deyil.

İlk öncə şəxsi brendi irəli çəkmək və optimizasiya etmək lazımdır. Siz müəyyən dərəcədə məşhurluq qazanandan sonra insanlar sizin adınızı axtarış servisində axtarmağa başlayacaqlar.

İkinci addım kimi ödənişli reklam üsuluna əl atmaq olar. Onun sayəsində siz qısa zaman ərzində ilk top onluqda yer alacaqsınız. Lakin bunun müqabilində müəyyən dərəcədə vəsait xərcləməli olacaqsınız.

Üçüncü üsul olaraq isə düzgün açar sözlərin köməyi ilə brendi irəli aparmaqdır. Misal olaraq müəyyən dəb və rəng özəlliklli cins geyim üzrə axtarışı gətirmək olar. Adətən bu cür özəlliklər böyük şirkətlərin nəzərindən qaçır.

2. Saytlar seqmentlərə ayrılırlar

Reallıq ondan ibarətdir ki, siz saytın sıralanmasını yaxşılaşdırmaq üçün deyil, saytın ayrı-ayrı səhifələrini optimizasiya etmək üçün çalışırsınız. Əgər sizin saytınız bir səhifədən ibarətdirsə onda saytın və səhifənin optimizasiyası eyni mənanı daşıyacaq. Lakin çox güman ki, sizin saytınız bir neçə seqmentdən ibarətdir. Bura əsas səhifə, bloq, kateqoriyalar,FAQ və s. daxildir. Bu seqmentlərdən bəziləri digərlərindən daha vacibdir. Optimizasiyanı lazımi səhifələrdə tətbiq etmək lazımdır. Məhz o səhifələrə fokuslanmaq lazımdır hansılar ki, sizə axtarış nəticələrindən potensial müştəriləri cəlb edəcək.

3. Bir neçə sorğu əsasında sıralanmaq kifayət edir

İlk baxışdan elə görünə bilər ki, SEO üzrə uğur qazanmaq üçün şəxsi səhifələri 10-larla sorğu əsasında optimizasiya etmək lazımdır. Lakin buna hərdən ehtiyac duyulmur. Əgər siz kiçik sahədə çalışırsınızsa və sizin hədəf kütləniz müəyyən sərhədlərlə əhatələnibsə səhifələri bir və ya iki sorğu əsasında optimizasiya etmək kifayət edəcək. Bəzi saytlar üçün çoxlu açar söz əsasında sıralanma məntiqlidirsə, digərləri üçün ən vacib açar sözlər kifayət edəcək.

4. Məzmun marketinq sahəsindəki böyük rəqabət

Siz yəqin ki, "Məzmun şahdır” cümləsini eşitmisiniz. Təəssüflər olsun ki, indiki vaxtda bir çoxları bu fikrə fokuslanır. Məhz buna görə inbound marketinqdə rəqibdən hər zaman öndə olmaq vacibdir. Ən uyğun açar sözlərin tərtib olunmasına, yaxşı müəlliflərin tapılmasına vəsait və zaman sərf edin. Öz saytınızın bloqunu tez-tez yeniləyin və çalışın ki, həyəcanverici başlıqlar və maraqlı məzmunlar ilə istifadəçilərin diqqətini cəlb edəsiniz. Rəqiblərinizin saytlarını analiz edin və daha yaxşısına nail olun.

5. Yeni texnologiyaların əvvəlcədən inteqrasiyası yaxşı nəticələr verir

"Google” mütəmadi olaraq yeni texnologiyalar təqdim edir. Onlardan bəziləri sizin axtarış nəticələrində olacaq mövqelərinizi yaxşılaşdıra bilər. Məhz buna görə yeni texnologiyaları ilklərdən biri olaraq öyrənmək vacibdir. İlk olaraq Accelerated Mobile Pages(AMP) layihəsinə fikir verin. Onun sayəsində mobil platformalarda səhifələr tez bir zamanda yüklənir. Buna görədə böyük ehtimal ilə AMP səhifələr mobil platforma üzrə axtarışda top onluğa düşə bilər. Saytınızın mobil cihazlar üçün optimallaşdırılmasından əmin olun. "Google” üçün bu, sıralama mövzusunda vacib faktordur. HTTPS protokoluna keçənlərdən biri olun. Baxmayaraq ki, 2014-cü ildə "Google”un bildirdiyinə görə bu cür saytlar daha geniş imkanlara malik olurlar, bir çoxları HTTP protokolundan vaz keçmirlər. SEO sahəsində yeni texnologiyaları tez bir zamanda öyrənmək vacib məqamdır. Bunun üçün zaman lazım olacaq. Elə isə indidən başlayın.

6. SEO-dan dünya bazarlarında hədəfləmək kimi də istifadə etmək olar

Siz öz saytınızı müxtəlif ölkələrdə inkişaf etdirə bilərsiniz. Əgər sizin məhsulunuz təkcə yerli bazarda uğurlu deyilsə onda ən yaxşı variant onu beynəlxalq auditoriyaya təqdim etməkdir. İlk öncə sizi maraqlandıran müəyyən ölkə üçün subdomen əlavə etmək və ya ayrıca sayt yaratmaq lazımdır.

Unutmayın ki, bu halda siz öz məzmununuzu inkişaf etdirəcəyiniz ölkənin doğma dilinə çevirməli olacaqsınız. Belə ki, digər ölkələrdən olan insanlar məzmunları öz doğma dillərində oxuya bilməsələr onda uğurlu axtarış optimizasiyasından danışmağa ehtiyac yoxdur. Məsləhətlisi öz biznesinizi sizi maraqlandıran ölkədə qeydiyyatdan keçirdərək yerli hostinqə keçməkdir.

7. "Google”un axtarış nəticələrində görünməyi yaxşılaşdırmağın bir çox üsulları var

 

 

Bir çoxları hesab edirlər ki, yalnız saytı optimizasiya edib nüfuzlu xarici linklər əldə edərək axtarış nəticələrinin top siyahısına düşmək olar. Lakin sayta yüksək orqanik trafikin cəlb olunması və göstərilmə sayının artırılması üçün bir çox digər üsullar mövcuddur. Məsələn əgər siz "Google”ınKnowledge Graph və ya birbaşa cavablar hissəsinə daxil ola bilsəniz onda çox güman ki, axtarış nəticələrinin top siyahısında uzun bir müddət qala biləcəksiniz. Buna nail olmaq çox çətindir. Bunun üçün sizin resursunuz kifayət qədər nüfuzlu olmalıdır. Məhz bu halda "Google” resursun məzmununu istifadəçinin sorğusuna birbaşa cavab kimi təqdim edəcək.

8. Bir çox SEO ixtisaslaşmaları mövcuddur

Axtarış optimizasiyası bir çox bölmələrdən ibarət olan geniş marketinq kanalıdır. Bəzi SEO mütəxəssislər optimizasiya işinin yalnız texniki tərəfi ilə, bəziləri xarici linklər ilə, bəziləri isə lokal marketinq ilə və s. məşqul olurlar. Bu sahələrin hər biri üçün ayrı-ayrılıqda müəyyən keyfiyyətlərə sahib olmaq lazımdır. Buna görədə ilk öncə saytın inkişaf yolunu seçib daha sonra lazımi strategiyanı seçmək lazımdır.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×