

Serato tərəfindən təqdim edilən yeni iPhone proqramı sayəsində şənliklərinizin DJ’i əmrinizdə olacaq. Dünyanın ən populyar DJ proqramlarından biri olaraq bilinən Serato’nun Pyro adlı proqramı sayəsində musiqi playlist\'izi yükləyəcəksiniz və proqram avtomatik olaraq keçidləri axıcı şəkildə təmin edəcək, ritm və temponu aşağı salmayacaq. Hətta musiqi səslənərkən siyahıya yeni mahnılar əlavə edə və ya yerlərini dəyişərək şənliyin gedişatını da dəyişə bilərsiniz. Bir sözlə DJ çağırmadan öz şənliyinizin DJ\'i olacaqsınız.

iPhone, iPad və Apple Watch üçün ödənişsiz olaraq təklif olunan proqramın gələcəkdə Android üçün də təqdim olunması gözlənilir. Proqrama əlavə xüsusiyyətlər qatmaq üçün isə müəyyən məbləğ ödəmək lazımdır. Proqramı App Store\'dan endirə bilərsiniz.
Şərh yoxdur