main-post-cover

    Səsvermədə Trumpın önə çıxması immiqrasiya üçün müraciət olunan saytın çökməsinə səbəb olub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Artıq səslərin sayılmağa başladığı bir vaxtda çox açıq ara ilə Donald Trump liderliyi ələ almış kimi görünür. Vəziyyət belə olduqda isə Kanada miqrant saytı istifadənin çoxluğundan çökdü.

    İndi bütün dünyanın gündəmini zəbt edən ABŞ Prezident seçimləri mediaya da öz təsirini göstərməkdədir. İlk başlarda Hillary Clinton liderliyi əldə saxlasa da Donald Trump səslərin sayılması ilə irəli keçmiş kimi görünür.
    Trumpın açıq arayla önə çıxması ən çox Amerikada yaşayan miqrantları narahat etməyə başlayıb. Belə ki, Trump öz çıxışlarında çox ciddi anlamda bu barədə öz fikrini miqrantların xeyrinə olmayacağı haqda fikir səsləndirmişdi. Buna qarşı etirazlar olsa da görünür Amerika xalqı bundan heç də narazı deyil. Trumpın səslərdə çoxluq təşkil etməsi miqrantları narahat etməyə başlayıb.

    Belə ki, səslər açıqlanmağa və Trumpın üstünlük təşkil etdiyi seçimlərdə ən çox müraciət olunan sayt immiqrasiya üçün müraciət olunan saytdır. Hal-hazırda açıqlanan məlumata görə ən çox axtarış verilən söz isə "immigration” sözüdür. Belə görünür ki, Trump prezident olduğu halda miqrantlar özləri üçün başqa ölkə axtarışı etməlidirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər