main-post-cover

    Sevgililər Günü üçün texnoloji hədiyyələr

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Yaxınlaşan Sevgililər Günü üçün ən böyük problemlərdən biri də hədiyyə seçimidir. Biz də bu problemi həll etmək üçün ən gözəl texnoloji hədiyyələri sizin üçün seçdik.
    Sevgililər Günü üçün hədiyyə almaq işini son günlərə saxlamısınızsa və sevgiliniz tam bir texnologiya həvəskarıdırsa, Sevgililər Günü üçün hazırladığımız bu siyahı elə məhz sizin üçündür.
    QR kodlu boyunbağı
    Texnologiya həvəskarı bir sevgiliniz varsa, ona ala biləcəyiniz ən gözəl Sevgililər Günü hədiyyələrdən biri QR kodlu boyunbağılardır. Olduqca maraqlı və xoş bir hədiyyə olan QR kodlu boyunbağılar ilə sevginizi ona ən sevdiyi dillə ifadə edə bilərsiniz.
    Sevgililər Günü üçün texnoloji hədiyyələr
    Qol düyməsi formasında USB yaddaş
    Uzun zamandır istifadə etdiyimiz USB yaddaşlara həyatımızın hər anında ehtiyacımız ola bilər. Hər nə qədər kiçik ölçülü bir çox USB yaddaş olsa da USB yaddaşları gəzdirməkdə bir çox insan çətinlik çəkir. Sevgililər Günü üçün alacağınız qol düyməsi formasındakı USB yaddaşlar isə sevgilinizin bu problemi həll etməsi üçün çox gözəl bir hədiyyə olacaq.
    Sevgililər Günü üçün texnoloji hədiyyələr

     
    Powerbank
    Hal-hazırda ən böyük problemlərdən biri isə enerji ehtiyatı tez bitən ağıllı telefonlarımızdır. Əgər sevgiliniz telefonunun enerji ehtiyatının tez bitməsindən şikayət edirsə, ona Sevgililər Günü üçün alacağınız bir Powerbank ən yaxşı hədiyyələrdən biri olacaq.
    Sevgililər Günü üçün texnoloji hədiyyələr



    Ağıllı qolbaqlar
     
    Texnologiya məhsulları arasında olduqca populyar olan ağıllı qolbaqlar sayəsində sevgilinizin göndərdiyiniz mesaja, "Görməmişəm" deyə cavab verməsinə və ya zəng etdiyinizdə "Eşitməmişəm" deməsinin qarşısını ala bilərsiniz.
     
    Sevgililər Günü üçün texnoloji hədiyyələr

     

    Ağıllı Saatlar
     
    Hər büdcəyə uyğun qiymətə ala biləcəyiniz ağıllı saatlar ilə sevgilinizə "Mənim üçün zaman səninlə başladı." kimi incə mesajlarla həm onun könlünü qazana, həm də ağıllı saatların bildiriş xüsusiyyətləri sayəsində ağıllı qolbaqlardan daha yaxşı bir cihazı ona hədiyyə verə bilərsiniz.
     
     
    Sevgililər Günü üçün texnoloji hədiyyələr
     
    Oyun Konsolları
     
    Əgər texnologiya həvəskarı bir cütlüksünüzsə Sevgililər Günü üçün alacağınız bir konsol ilə birlikdə olduqca əyləncəli saatlar keçirə bilərsiniz. "Kinect" xüsusiyyətli bir Xbox və ya "Move" xüsusiyyətli bir PlayStation alacaqsınızsa əyləncəni bir üst səviyyəyə daha çıxartmaq mümkündür. Çünki sizin hərəkətlərinizi qəbul edən bu cihazlar sayəsində qarşılıqlı boulinq oynaya bilər və ya ən əhəmiyyətlisi Sevgililər Günündə qarşılıqlı rəqs edə bilərsiniz. Texnologiya həvəskarı bir cütlük üçün bundan gözəl nə ola bilər ki ?


    Sevgililər Günü üçün texnoloji hədiyyələr
     
    Son olaraq, Bir-birinizə olan sevginizi bir gün deyil hər gün xatırlayın. Hər kəsin xoşbəxt bir Sevgililər Günü keçirməsi diləyiylə!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər