Sevgilisi ilə danışmağa mövzu tapmayanlara "Messenger"dən çarə
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook, Messenger-də yeni funksiyasının test mərhələsini həyata keçirir.
TechCruch-dan verilən məlumata görə, bəzi istifadəçilərin Messenger-də əlaqə
saxladıqları şəxslərlə danışmaqları üçün müəyyən mövzular təklif edən məlumatlar
yer almağa başlayıb. Mövzular əsasən istifadəçinin maraqlarına uyğun olaraq
seçilir.
Belə ki, bu mövzuları Facebook, istifadəçinin
son aktivlik səviyyəsini analiz edərək təqdim edir. Məsələn, qarşı tərəfin
getdiyi yerlər, son zamanlar dinlədiyi mahnılar və s. bunlara aid olunan
mövzuların bir qismidir.
Bu yolla Facebook öz istifadəçilərini daha
çox sosial şəbəkədə vaxt keçirmələrinə nail olmaq istəyir.
Qeyd edək ki, Facebook artıq bu funksiyanı iOS platforması üçün oktyabrdan həyata
keçirməyə başlayıb. Facebook-un bu yeniliyinin daha qlobal hal alması haqda hələki,
məlumat mövcud deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ