main-post-cover

    Sevincli olduğumuz anlarda niyə ağlayırıq? (Elmi izah)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bəzən həddən artıq sevincli anlarda göz yaşlarımızı saxlaya bilmirik yaxud hansısa zarafata xeyli güləndə gözümüzdən yaş gəlir. Bəs bütün bunların səbəbi nədir? Yale universitetinin pisixoloqu Oriana Aragon bunun səbəbilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb. Aragonun araşdırmasının nəticəsinə görə insanlar çox sevincli bir hadisə yaşadığı zaman, bədəndə olan hisslərin gərginləşdiyi üçün orqanizm avtomatik reaksiya verir. Araşdırmaların gedişində həyata keçirilən təcrübələrin birində iştirakçılara ərinin yaxud övladının müharibədən sağ qayıtdığını sübut edən şəkillər göstərilib. Ekspermentin sonunda sevincindən ağlayan insanların hisslərini digərlərinə nisbətən insanı duyğularını tez idarə altına ala bildikləri müəyyən olundu. Kədərli anlarda isə bəzi insanların gülərək reaksiya verməsinin səbəbi isə fərqlidir. Elm adamları bildirir ki, insanların həddindən artıq sevinməsi və üzülməsi anlarında bədən avtomatik olaraq taraz vəziyyət yaratmaq üçün reaksiya verir. Bunun nəticəsində daha ağıllı qərarlar vermək mümkün olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər