main-post-cover

    Shenmue 3 anons olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Sonynin konfransı zamanı ən böyük sürpriz Yu Suzukinin səhnəyə çıxıb Shenmue 3 oyununu anons etməsi oldu. Yu Suzuki bildirdi ki, oyun artıq Kickstarter portalında yer alıb və öz pərəstişkarlarından oyunun hazırlanması üçün müəyyən vəsaitin toplanmasını gözləyir. Yu Suzuki daha əvvəl qeyd etmişdi ki, oyunun hazırlanması üçün 2 milyon dollar lazımdır. Oyunun Kickstarter-də yer almasından bir neçə saat sonra artıq 1 milyondan çox vəsait yığılmışdır. Bütün pərəstişkarlar oyunun anons olunmasına çox sevinmişdilər. Daha sonra Sony şirkəti bildirdi ki, əslində oyunun Kickstarter-də anons olunması piar idi. Şirkət oyunçuların oyuna nə dərəcədə maraq göstərəcəklərini görmək istəyirdi. Artıq Oyun üçün yığılan vəsait 2 milyon dolları keçib. Nəzərə alsaq ki, Kickstarterdə hər bir oyunun vəsait yığma müddəti 30 gündür, onda belə qənaətə gəlmək olar ki, Shenmue 3 rahatlıqla 10 milyona yaxın vəsait yığma potensialına malikdir. Qeyd edək ki, Sony rəsmi olaraq Yu Suzuki ilə əməkdaşlıq etdiyini və ona Shenmue 3-ün hazırlanmasında kömək edəcəyini bildirib. Shenmue 3 PC, PS4 üçün hazırlanır və 2017-ci ilin sonundan tez çıxmayacaq.

    Linki kopyala