main-post-cover

    Sherlock Holmes haqqında yeni oyun anons olunub

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Bigben İnteractive şirkəti Frogwares studiyası ilə birlikdə məşhur detektiv Sherlock Holmes haqqında yeni oyunu anons edib. Sherlock Holmes: The Devil's Daughter adlı yeni oyun gələn ilin yaz fəslində PC, PS4 və Xbox One üçün satışa çıxacaq. Anons olunmuş yeni oyunda Sherlock Holmes öz sadiq dostu Dr. Watson ilə birlikdə eyni anda 5 müəmmalı və maraqlı cinayət işinin sirrini tapmağa çalışacaqlar. Verilən məlumata görə yeni oyun təkcə sirlərin araşdırılmasını və tapmacaları sevən oyunçuların deyil həmdə dinamik action səhnələri sevənlərin ürəyincə olacaq. Studiyanın sözlərinə görə oyunçuların oyunda qəbul edəcəkləri qərarlar oyunun süjet xətdinə təsirini göstərəcək. Sherlock Holmes: The Devil's Daughter oyunçulara gözəl qrafikaya malik Viktorian dövrünün Londonundan əlavə olaraq müşahidə etmək üçün böyük əraziləri təqdim edəcək. Oyunun ilk təqdimatı gələn həftə start götürəcək Paris Game Week 2015 tədbirində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər