main-post-cover

    Şəxsi əşyanızı satan zaman vergi necə ödənilməlidir?

    Elm & Texnologiya
    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas

     
    İstehlakçıdan istehlakçıya satılan məhsullarda (C2C) vergi tənzimlənməsində boşluqlar var.

    Evinizdə istifadə etmədiyiniz bir ütünü başqa birinə satmamışdan qabaq gərək vergilərə gedib fiziki şəxs kimi qeydiyyatdan keçib VÖEN alasınız, hesab faktura hazırlayıb daha sonra əşyanızı satmalısınız. Miqdarını uyğun gələn vergi rübündə bəyənnamadə bildirib, vergisini ödəməlisiniz. Bir işlənmiş ütünü satmaq üçün bu qədər prosedura əlbəttə kölgə iqtisadiyyatına təkan verəcək.



    İstehlakçıdan İstehlakçıya (C2C) eTicarət Platformalarının Problemi
    Bu problemin ikinci tərəfi isə istehlakçıdan istehlakçıya mal alış-verişinə imkan yaradan e-ticarət platformaları (Lalafo.az, Unvan.az, 2el.az, tap.az, elan.az və s.) üçün yaranır. Belə platformaların əslində əsas gəlir mənbəyi olan 2 istehlakçı arasında e-ticarəti güvənli edib alıcı və satıcının hüquqların qorumaqdır. Məsələn Türkiyədə "Gittigidiyor” sistemdən sifariş olunan məhsulun pulunu alıcıdan alıb saxlayır, satıcı məhsulu alıcıya göndərir, alıcı məhsula baxıb bəyənirsə sistemdən icazə verir ki, satıcı hesabına köçürmə olsun. Bu vaxtda "Gittigidiyor” müəyyən cüzi faizini tutub pulu köçürür. Gəlirləri əsas bu platformaların belə formalaşır. Bəs bizdə ? Alan satana zəng edib görüş təyin edirlər daha sonra görüşüb məhsulu alır və ödəməni edir. Vergi söhbəti belə bağlanır. Qanunvericilikdəki tənzimləmə məcbur edir ki, istehlakçıdan istehlakçıya ticarət platformaları müştərilərə ödəməni göndərərkən yalnız fiziki şəxs olanlara göndərsin. İstehlakçıda fiziki şəxs olmadığına görə e-Ticarət platforması ödəməni ala bilmir. Əgər ödəməni alıcıdan alıb VÖEN-i olmayan satana göndərsə vergi məsuliyyəti e-ticarət platformasının üstündə qalacaq. Yerli platformalarımızda məcbur olub ticarətin əsas məğzini qırağa qoyub elan məntiqindən pul qazanırlar. Məsələn elanını yuxarı çək, qalın et, arxasını rəngləndir və sairə. Bunun harası e-Ticarət oldu ?

    Xarici Təcrübə
    Qonşu Türkiyədə İstehlakçıdan İstehlakçıya qanun maddəsi imkan verir ki, müəyyən bir məbləğə qədər olan işlənmiş məhsulların (istisnalar var) satışındakı fəaliyyət biznes deyilsə vergidən azad olunursunuz. Yəni qısaca bu işi istehlakçı biznes kimi görmürsə vergidən azad olur. Buda eTicarət platformalarına imkan verir ki, bizneslə məşğul olmayan istehlakçıların vergi yükü olmasın və pulu satış edən istehlakçıya köçürərkən VÖEN istəməsin. İstehlakçıya da imkan yaradır ki, satdığı məhsulun qarşılığında heç bir hesab faktura sənədi verməsin.

    Biznesin inkişafı üzrə mütəxəssis
    Linki kopyala