Shinder adlı tanışlıq servisi yaratdı və servisdə kişi istifadəçi kimi yalnız özünü təqdim etdi

08.05.2017 0 PAYLAŞIM 5479 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Britaniyalı Shed Simove, Tinder adlı məşhur tanışlıq tətbiqinin oxşarı Shinder-i yaradıb.

Lakin maraqlısı ondadır ki, sözügedən yeni tanışlıq servisində bütün kişilərdən əlçatanı yalnız o özüdür. Servis yalnız brauzer vasitəsilə çalışır və ona Facebook hesabı vasitəsilə daxil olmaq mümkündür. Servisə daxil olandan sonra yaxınlıqda olan istifadəçini tapmaq imkanı verilir. Lakin axtarış nəticəsində yalnız 46 yaşlı Shed çıxır. Əgər istifadəçi, Shed-ə rədd cavabı verərsə onda Shed öz səhifəsini bir daha təklif edir. Əgər onun fotosunu kişi cinsindən biri olan istifadəçi bəyənməyi rəd edərsə onda servis, "Brokeback Mountin” filmindəki səhnəni gerçək həyatda reallaşdıra bilməyəcəklərinə görə Shed-in məyus olduğunu bildirən ismarıc göstərir. Tətbiqdə özünü biznesmen, yazıçı, dizayner, motivasiya üzrə spiker və Ginnes rekordçusu adlandıran Shed-in sözlərinə görə bu cür servisi yaratmaq onun ağlına, Tinder-dən istifadədən sonra gəlib. O bildirib ki, bu cür tətbiqlərdə olan bir çox insanlar içərisindən seçilmək çox çətindir. Shed ümid edir ki, Shinder, ona sevgili tapmaqda köməklik edəcək.