İngiltərənin Bath Universitetinin tədqiqatçları, insanların sidik ifraz edərək elektrik enerjisi əldə etməsinə səbəb olan texnologiya hazırlayıblar.
Təbii yollarla alınan enerji dedik də, hamının ağlına dəniz suyundan alınan enerji yaxud külək enerjisi gəlir. Lakin, ingiltərəli tətqiqatçılar sözün əsl mənasında təbii yolla insan sidiyindən enerji əldə etməyi bacarıblar. Bath Universitetinin tədqiqatçıları bunun üçün mikrobiyal enerji hüceyrələri hazırlayıblar. Deyilənlərə görə sözü gedən hüceyrələr oxşarlarına nisbətən daha güclü və aşağı büdcəyə başa gəlir. 1 kub metr sidikdən 1 telefonun təmamilə enerji ilə dolmasını təmin edən bu enerji hüceyrələrin qiyməti isə cəmi 3 dollardır. Komanda da olan kimya mühəndisi Dr. Mirella Di Lorenzo əldə etdikləri enerji hüceyrələrinin həm ucuz həm də təbii, ekeloji olduğunu qeyd edib.
Günəş və külək enerjisindən sonra ən ekonomik enerji növü hesab etmək olar sözügedən hüceyrələrin istehsalını.
Şərh yoxdur