main-post-cover

    Şifrələri yadda saxlamağa son. Bank sisteminə selfi foto üsulu gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Şifrələrin yadda saxlanması öhdəliyindən müştəriləri xilas etmək üçün bir çox banklar artıq müştərilərin biometrik identifikasiyası üsullarından istifadə etməyə başlayıblar.

    Məsələn "HSBC” və "Barclays” bankları artıq smartfonlar vasitəsilə barmaq izi skanı və Voice ID səs identifikasiyası proqramlarını reallaşdıqmağa çalışıblar. İndi isə "HSBC” müştərilən identifikasiyasını "selfi foto” üsulu ilə test edir. Müştərini bu cür identifikasiya etmək üçün istifadəçi ilk öncə mobil tətbiqdən (AndroidiOS) istifadə edərək smartfonun ön kamerası vasitəsilə selfi foto çəkməlidir. Daha sonra tətbiq çəkilmiş fotonu müştərinin şəxsiyyət sənədisürücülük vəsiqəsindəki fotoları ilə qarşılaşdırır. "Technote.az”ın "Engadget.com”a istinadən verdiyi xəbərə əsasən uğurlu identifikasiya nəticəsində müştəri istədiyi bank əməliyyatlarını yerinə yetirə bilər. Bu cür xidmət ilk öncə biznes müştərilər üçün aktivdir. Bankirlərin fikrincə bu cür üsul müştəriləri tez-tez bankalara müraciət edərək şəxsiyyəti təsdiqlətmək dərdindən xilas edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər