main-post-cover

    Şifrələrin tez-tez dəyişdirilməsi barəsində məsələyə aydınlıq gətirilib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-ın "Federal Ticarət Komissiyası”-nın baş texnoloqu Lori Krenor Las-Vegasda keçirilmiş təhlükəsizlik mövzusunda konfrans çərçivəsində müxtəlif internet resurslarda olan akkauntların şifrələrinin tez-tez dəyişdirilməsinin təhlükəsizlik baxımından heç bir məna daşımadığını bildirib.

    Lori Krenor bildirib ki, bir çox ABŞ şirkətləri, əməkdaşlarını öz korporativ akkauntlarının şifrələrini hər ay dəyişdirməyə məcbur edir. Lakin təhlükəsizlik baxımından bu heç bir məna kəsb etmir. Technote.az-ın "Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Krenor 7700 akkauntu incələyərək bu nəticəyə gəlib. O müəyyənləşdirib ki, insanlar hər dəfə daha sadə şifrələr fikirləşirlər. Əksər hallarda onlar köhnə şifrələrə bəzi dəyişikliklər əlavə edirlər. Məsələn şifrənin baş hərfini dəyişir və ya sonuna müəyyən simvollar daxil edirlər. Bu halda əgər pis fikirli insanlar köhnə şifrəni bilirdilərsə onda yenisini öyrənmək onlar üçün çətin olmayacaq.
    Güvənli şifrə tərtib etmənin 5 qaydasını sizlərə təqdim edirik.
    1. Yeni şifrələrin yaradılmasında köhnə şifrələrdən istifadə etməyin
    2. Şifrə qismində digərlərinə məlum olan faktlardan (ev heyvanının adı, doğulduğunuz şəhər və s.) istifadə etməyin
    3. Bir neçə internet resurlar üçün eyni şifrədən istifadə etməyin
    4. Öz şifrələrinizi müəyyən servislərdən istifadə etməklə yaradın. Həmin şifrələri aşkar etmək çətin olur
    5. İkifaktorlu girişdən (məsələn şifrə və SMS vasitəsilə əldə olunan kod) istifadə edin.
    Linki kopyala