main-post-cover

    Silah ilə selfie çəkən az yaşlı özünü başından vurdu. (DƏHŞƏT)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Texnologiyanın inkişafının müsbət tərəflərini qeyd edən zaman bir də bunun mənfi tərəflərinə baxmaq lazımdır. Günümüzün ən aktual problemlərindən biri də selfie xəstəliyidir. Bütün dünyada 10-15 like çox gəlsin deyə qəribə selfie çəkdirməyə çalışan insanlar var. Təsadüfi deyil ki, artıq selfie çəkdirən zaman ölən insanların sayı dayanmadan artır. Artıq dünyanın bir neçə ölkəsində bununla bağlı qadağa nişanları belə qoyulub. Selfie ilə bağlı növbəti qara xəbər Hindistanda yaşayan 15 yaşlı Ramandeep Singh'dan gəldi. Atasının silahını əlinə alıb müxtəlif pozalarda şəkil çəkdirən bu balaca, nəhayət silahı başına dayayıb selife çəkdi. Bu onun təəssüf ki, son selfiesi idi. Yanlışlıqla silahın tətiyinə toxunan Sighn, bütün həkim müdaxilələrinə baxmayaraq həyatını itirdi. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, son zamanlar Hindistanda selfie çəkdirən zaman ölənlərin sayı artıb. Xüsusən, selfie ölümlərinin xəbəri əsasən Asiya ölkələrindən gəlir. Technote olaraq sizə məsləhətimiz like və cool görünüm üçün qəribə selfie'lər çəkdirməyin. Qayanın başı, metro stansiyası, elektrik cərayanı olan ərazilər və başqa təhlükələri yerlər. Heç bir şəkil həyatınızdan daha dəyərli deyil.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər