Silah ilə selfie çəkən az yaşlı özünü başından vurdu. (DƏHŞƏT)

Silah ilə selfie çəkən az yaşlı özünü başından vurdu. (DƏHŞƏT)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Texnologiyanın inkişafının müsbət tərəflərini qeyd edən zaman bir də bunun mənfi tərəflərinə baxmaq lazımdır. Günümüzün ən aktual problemlərindən biri də selfie xəstəliyidir. Bütün dünyada 10-15 like çox gəlsin deyə qəribə selfie çəkdirməyə çalışan insanlar var. Təsadüfi deyil ki, artıq selfie çəkdirən zaman ölən insanların sayı dayanmadan artır. Artıq dünyanın bir neçə ölkəsində bununla bağlı qadağa nişanları belə qoyulub. Selfie ilə bağlı növbəti qara xəbər Hindistanda yaşayan 15 yaşlı Ramandeep Singh\'dan gəldi. Atasının silahını əlinə alıb müxtəlif pozalarda şəkil çəkdirən bu balaca, nəhayət silahı başına dayayıb selife çəkdi. Bu onun təəssüf ki, son selfiesi idi. Yanlışlıqla silahın tətiyinə toxunan Sighn, bütün həkim müdaxilələrinə baxmayaraq həyatını itirdi. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, son zamanlar Hindistanda selfie çəkdirən zaman ölənlərin sayı artıb. Xüsusən, selfie ölümlərinin xəbəri əsasən Asiya ölkələrindən gəlir. Technote olaraq sizə məsləhətimiz like və cool görünüm üçün qəribə selfie\'lər çəkdirməyin. Qayanın başı, metro stansiyası, elektrik cərayanı olan ərazilər və başqa təhlükələri yerlər. Heç bir şəkil həyatınızdan daha dəyərli deyil.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×