Silikon Vadisində ən çox yatırım edən investorlar
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Yeni investorların inkişaf statistikasını araşdıran "Mattermark”, bu dəfə ABŞ-da olan ən qabaqcıl texnologiya sərmayəçiləri haqda məlumat təqdim edib.
Sıralamada ilk yer "SV Angel”, ikinci yer isə "Y Combinator” məxsusdur
5098 investor şirkətini müxtəlif
başlıqlarla sıralayan Mattermark-ın siyahısında ilk yeri "SV Angel” tutur. Beləki,
investorların sərmayə qoyduğu investisiyanın çıxış sayısına görə "SV Angel” siyahıya liderlik edir.
"Crunchbase”ə görə indiyədək 700-ə yaxın
investisiya qoyan "SV Angel” şirkəti, bunlardan 166-sı ilə uğur qazanmağı
bacarıb. Həmçinin, siyahıda ikinci yerdə 126 sərmayə ilə "Western Technology Investment”, üçüncü yerdə isə
115 investisiya ilə "Y Combinator” yer alır. Bu arada "SV Angel” və "Y Combinator”un birgə sərmayə qoyan şirkətlər olduğu da əsas faktorlardan
biridir. Siyahıda həmçinin "Intel Capital”, "500 Startups”, "Accel Partners”, "Sequoia
Capital”, "Greylock Capital” kimi investorlar da yer almaqdadır. Türk
investorlardan olan Aydın Şenkutun qurucusu olduğu "Felicis
Ventures” siyahıda 14-cü yerdədir. "Google Ventures” isə bu şirkətdən iki
sıra geridədir.
İnsanların rəğbətini qazanan "KPCB”
Marttermark-ın tərtib etdiyi siyahıda,
insanların diqqətini çəkən şirkətlər arasında ilk yeri "KPCB”
(Kleiner Perkins Caufield & Byers) tutur. 37
startapı birjaya daşıyan "KPCB”, Türkiyəyə məxsus "Trendyol”a da investisiya
qoymaqla diqqətləri öz üzərinə çəkməyi bacarmışdı. Təəssüf ki, "Sequoia Capital”,
"Silicon Valley Bank”, "Greylock Partner” kimi şirkətlər siyahının sonluğunda
yer almaqdadırlar.
Ən çox fərdi sərmayəyə malik şəxs - Ron
Conway (Ron Konvey)
Etdiyi fərdi investisiyaya görə sıralamada
49 investisiya ilə Ron Conway liderlik edir. Qeyd edək ki, Ron Conway
özü də "SV Angel”ın qurucularındandır. Siyahıda ikinci yeri isə Naval Ravikant, 33 investisiya ilə davam
etdirir. O, da Angellist-in ortaq qurucularındandır. Siyahıda digər yerləri Paul
Buchheit (29 investisiya), Ried Hoffman, Peter Thiel, Marc Andreessen,
Dave McLure, Yuri Milner və Ashton Kutcher kimi şəxslər davam etdirir.
Təəssüf edirik ki, Azərbaycan hələki, bu
siyahıda yer almır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı