main-post-cover

    Silinən faylların bərpa olunması!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bəzən bizim üçün çox önəmli olan məlumat geri qaytarılması mümkün olmayan şəkildə silinir. Hətta bizim bildiyimiz heç bir üsulla qaytarmaq olmur. Bu bizə təbii ki, pis təsir edir. Bəzən bizim üçün çox əhəmiyyətli məlumata çata bilməyəndə, görəcəyimiz işlər də alınmır. Ancaq artıq bunun da çarəsi var. Silinən fayllarınız varsa, bir ümid də var. Bu yazımda sizə silinmiş faylları necə bərpa edə bilərik, onu izah edəcəyik. Elə isə başlayaq..
    Silinen Dosyaları Geri Getirmek

    Rəqəmsal dünyada demək olar ki, bütün məlumatlarımız rəqəmsal olaraq kompyuterimizdə, daşına bilən yaddaş qurğularında və ya bulud hesablarımızdadır. Günümüzdə təhlükəsizlik sistemi nə qədər inkişaf etsə də, məlumatların daim silinmə və itmə qorxusu var. Bu fayllar hamımız üçün həyati əhəmiyyət kəsb edir.
    Bəs həyati əhəmiyyət dedikdə nə nəzərdə tutulur? Əgər son kurs tələbəsinizsə, sizin üçün həyati əhəmiyyət kəsb edəcək məlumatlar sizin imtahan materiallarınız, diplom işiniz və ya məzuniyyətlə bağlı şəkil-videolarınızdır. Əgər vəfat etmiş bir yaxınınız varsa, onunla çəkilən şəkil və video arxivləri sizin üçün qızıldan dəyərlidir. Və ya əgər yazarsınızsa, yazdığız əsərlər, prodüssersinizsə, yığdığınız filmlər sizin üçün çox önəmlidir. Bu siyahını çox genişləndirmək olar. Amma əsas mahiyyət bizim üçün önəmli olan məlumatların həyatımızda nə dərəcə də böyük rol oynamasıdır. 
    Sizin üçün önəmli məlumat silinibsə məyus olmayın. Əlbəttə, məlumatları 100% geri qaytara bilərsiniz demirik, amma böyük miqdarını əldə edə bilərsiniz. 
    Biz heç fərqinə varmasaq da, proyektlərimiz və ya ailəmizə aid çox bilgilər daim silinmək təhlükəsi yaşayır. Viruslar başda olmaqla, insanın öz fəaliyyəti nəticəsilə məlumatlarınızı itirə bilərsiniz. Ən pisi isə bəzən anı dalğınlıqla shift+delete qısa yolu ilə birbaşa məlumatların silinməsidir. 
     
    Bu məqalənin sonunda ümid edirik ki, siz də silinmiş məlumatlarınızı qaytaran nəfər olarsınız!
    15-05/28/dosyalarini-kurtaran-adam.jpg

     
    Məlumatlar silindikdə tamamilə silinmir.
    Sabit disklərin işləmə mexanizmi sizin köməyinizə gələr bilər. Əslində məlumatlar kompyuterdən silinmir, sadəcə qısa bir əməliyyatla hard disk'iniz o məlumatları təkrar yazıla biləcək hala gətirir. Məsələn, kasetlərin üzərinə mahnı yazmaq kimi. Məlumatlar silinmir, sadəcə üzərinə yeniləri əlavə olunur. 
    Məlumat bərpa etmək proqramları isə diskinizin təməl əmrləri üzərində oynayaraq köhnə faylları bərpa edir. Bəzi anlarda bu mümkünsüz olsa da, ümumi statistikanı götürsək uğur əldə etməyiniz mümkündür.
     
     
    Yavaş-yavaş prosesin necə getdiyini izah etməyə başlayaq...
     
    Piriform Recuva ilə silinən faylları geri gətirmək mümkündür.
    Silinən fayllar üçün Piriform'un Recuva proqramının işləmə mexanizmini izah edəcəm. Proqramı altdakı linkdən yükləyə bilərsiniz.
     
    Proqramın pulsuz versiyasının edə biləcəkləri məhduddur. Əgər məlumatlarınız çox önəmlidirsə, onda proqramın pullu versiyasını yükləməyiniz məsləhətlidir.
     
     
     
    Qurulması
    Bir çox kiçik proqramlardan fərqli olaraq Recuva'da bir çox dil dəstəyi var. Hətta türk dili də dəstəklənir. Qurulma prosesində istədiyiniz dili seçə bilərsiniz. Bir sonrakı addımda isə proqramın hansı diskə yazılması soruşulur.

    Recuva'nın daha performanslı işləməsi üçün onu Windows'un yüklü olduğu diskı yazmağınızı məsləhət görürük. Qurulma bitdikdə isə qarşınıza şəkildəki ekran çıxacaq. Buradan istədiyiniz bəndi seçərək kompyuterinizdı itmiş fayllara göz ata bilərsiniz.
    Recuva Sihirbazı (Wizard) adlı bu kiçik axtarışın daha effektiv olması üçün nəyi axtarırsınızsa o bəndi seçin. Məsələn, əgər şəkil axtarırsınızsa, o zaman şəkillər bəndini seçin. Nəticədə qarşınıza daha uğurlu axtarış nəticələri çıxacaq.

     
    Recuva sihirbazı (Wizard) necə istifadə olunur?
    Müəyyən bəndi seçdikdən sonra sehirbaz daha yaxşı nəticə verə bilmək üçün hansı hissədə axtarış edilməsini soruşacaq. Bu ekranda "USB və ya media kartları", "Sadəcə Fayllarım", "Zibil Qutusu", və ya "Sadəcə bu qovluqda axtar" kimi variantlar təqdim olunur.

    Burada faylların haradan silindiyini dəqiq qeyd etmək çox önəmlidir. Məsələn, burada biz D diskində Steam qovluğunu göstərdik. Beləliklə, daha yaxşı nəticə əldə edəcəyik. Əgər silinən faylın yerini bilmirsinizsə, onda "emin değilim" (I'm not sure) bəndini seçin.

     
    Sürətli axtarış və Dərin axtarış
    İtmiş faylların axtarılacağı yeri işarələdikdən sonra Recuva sizə necə axtarış edilməsi barədə sual verəcək. Programın iki növ axtarış rejimi var.
    Antivirus məntiqi kimi bu axtarışlardan biri sürətli fayl axtarır. Əgər sildiyiniz faylı qısa müddət öncə silmisinizsə, onda bu işinizə yarayacaq.

    Amma uzun müddət öncə silmisinizsə, onda dərin axtarış rejimini seçin. Bu ikinci rejim çox uzun zaman öncə silinmiş faylları belə tapa bilir. Amma nəzərə alın ki, diskinizin həcminə görə bu axtarış 1 saatdan da çox ola bilər.

     
    Düzgün axtarış üçün düzgün tənzimləmələr edin!
    Bu addımdan etibarən proqramı sehirbaz olmadan istifadə etməyi izah edəcəyik. Daha yaxşı nəticə üçün proqramın sağ üst küncündəki "gelişmiş kipe geç" xüsusiyyətinə tıklayın. Burada qarşınıza çıxan ekranda isə yenə eyni yerdə olan "ayarlar" menyusuna tıklayın. Qarşınıza çıxan ekranda isə "Eylemler" bölməsini seçin. Buradan "gizli dosyaları da tara", "güvenli silinen dosyaları da göster" hissələrini seçin.

    Bu addımlar proqramın versiyasına görə fərqli ola bilər. Amma ümumi məntiq bu şəkildədir. İstifadəsi də bu şəkildədir.
    Bu iki axtarış metodu sayəsində axtardığınız bir çox faylı rahat əldə edə bilərsiniz. Eyni bölmədə "silinmemiş dosyalar için tarama yap" bəndinə işarə qoysanız formatlanan hard diskinizdə olan məlumatları da axtara bilərsiniz.

     
    Axtarış sehirbazı olmadan proqramdan istifadə etmək
    Axtarış sehirbazı həmişə axtardığınız qədər detallı nəticələr vermir. Əgər axtardığınız faylı burada tapa bilməmisinizsə, proqramı manual yolla istifadə edə bilərsiniz. Recuvanı fərqləndirən ən böyük özəlliyi onun menyularının antivirus menyularına bənzəməsidir.

    Ekranın sol üst küncündən axtarış edəcəyiniz sabit diski seçin. İstəsəniz bütün diskləri axtara bilərsiniz. Amma bu əməliyyat saatlarla davam edəcək. Disk seçiminin yanında olan menyudan isə axtarmaq istədiyiniz faylı seçin.
    Şəkillər, musiqi, sənədlər, video, arxiv fayllar, hətta elektronik poçtlar belə proqram sayəsində axtarıla bilinir. Bu əməliyyatları etdikdən sonra axtarma əməliyyatını başladın.

    Xüsusilə istənilən faylları bərpa etmək
    Recuva'nın axtarışı bitdikdən sonra qarşınıza silinmiş faylların olduğu detallı ekran çıxır. Proqram tapdığı faylların nə vaxt silindiyini və bərpa etmə şansını detallı şəkildə istifadəçiyə çatdırır. Faylın başına nə gəldiyini bilmək istəsəniz, onda sol hissədə olan linklərə tıklayın.
    Daha sonra isə sağ hissədə olan bölmələrdən "bilgi" adlı olanı seçin. Burada, tapdığınız faylların başına nə gəlib görəcəksiniz. Hal hazırda axtardığınız faylın harada olduğunu və üstünə nə yazıldığını da buradan öyrənə bilərsiniz.

    Yanında yaşıl olan faylları rahatlıqla bərpa edə bilərsiniz. Bərpa etmək istədiyiniz faylın üzərinə tıklayın, daha sonra isə ekranın altında olan "kurtar" düyməsinə basın.
    Program sizdən faylı bərpa etmək üçün kompyuterdə bir yer seçməyinizi istəyəcək. İş masasında bunun üçün xüsusi qovluq açsanız bərpa olunmuş faylları rahat tapa bilərsiniz. Daha çox faylı eyni anda bərpa etmək istəsiniz, ekranda parıldayan faylları seçin və "parlayan dosyaları kurtar" düyməsinə basın.

     
    Formatdan sonra fayl bərpa etmək
    Programın ən önəmli xüsusiyyətini isə burada izah edəcəyik. Sabit diskinizdə formatlanan məlumatları da bərpa etmək şansınız var. Bir neçə addım öncə etdiyimiz kimi "ayarlar" menyusuna gəlin, buradan "eylemler" bölməsinə tıklayın. Qarşınıza çıxan bölmədə isə "silinmemiş dosyalar için tarama yap" hissəsini işarələyin.

    "Kurtarılıyor" menyusunda isə "dosya yapısını kurtar"ı işarələyin. Bu əməliyyat bitdikdən sonra axtarışı başladın. Biraz uzun olacaq bu əməliyyat bitdikdən sonra üzərinə bir şey yazılmamış fayllar qarşınıza çıxacaq. Yuxarıda qeyd etdiyimiz əməliyyatları edərək faylları bərpa edə bilərsiniz.
     
    Bu yazımızda sizə faylların necə bərpa olunması haqqında məlumat verdik. Ümid edirik, bu addımlardan sonra istədiyiniz nəticəni əldə etdiniz. Bizi izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq!
    Linki kopyala