Təxminən 10 ildir bu sahədə sınaqlar həyata keçirən Şimali Koerya Bakı vaxtilə dünən saat 06:00-da növbəti hidrogen bombasın partlatdı. Şimali Koreyanın bu hərəkətinin diplomatik tərəfləri bir yana bombanın təsiri ilə zəlzələ baş verdi. Şimali Koreyaya qonşu olan ölkələrin verdiyi məlumata əsasən baş verən zəlzələnin nüvə bombasının partlaması ilə əlaqəli olduğu qeyd olundu. Yaponiya zəlzələnin şəhər mərkəzindən uzağda lakin çox güclü olduğunu, ABŞ isə zəlzələnin Punggye-ri-də nüvə təsislərinin yaxınlığında olduğunu bəyan etdi. Şimali Koreya ilk dəfə nüvə sınağını 2013-cü ildə şəhər mərkəzindən 40 kilometr uzağda reallaşdırmışdı. İlk hidrogen bombası sınağının isə 2016-cı ildə həyata keçirildiyini elan edən Koreya bu vəziyyətə rəsmiyyət qazandırdı. Şimali Koreyanın bu hərəkəti böyük ölçüdə öz hərbi gücünü göz dağı olaraq digər ölkələrə göstərmək üçün olduğu təxmin edilir. Daha əvvəl keçirilən sınaqlarda isə müvafiq olaraq 4.3 4.7 5.1 bal gücündə zəlzələlər müşahidə olunmuşdu.
Şərh yoxdur