Siqareti tərgitmək istəyirsinizsə və bunu etməkdə çətinlik çəkirsinizsə, ağıllı telefonunuz sizə kömək ola bilər. Buyurun, siqareti tərk etməyə kömək edən tətbiqlər:
Günümüzün ən pis vərdişlərindən olan siqaret bir çoxlarının əsas problemidir. Siqareti tərk etmək üçün müxtəlif vasitə və yollara əl atanlar var. Kimiləri elektron siqaretdən istifadə edir, kimisi həkimə müraciət etməklə bu zəhrimardan canını qurtarmaq istəyir. Lakin siqareti tərk etmək üçün daha bir yardımçı vasitə var. Söhbət demək olar ki, həyatımıza inteqrasiya etmiş ağıllı telefonlardan gedir. Telefonunuza bir neçə tətbiq yükləməklə siqaret kimi pis vərdişdən əl çəkə bilərsiniz. Buyurun, sözü gedən tətbiqləri sizə təqdim edirik. Qeyd edək ki, bu tətbiqlər android platformasında yer alır:
STOP! QUİT SMOKİNG!
Bu tətbiq siqaret çəkmədiyiniz günlərdə nə qədər qənaət etdiyinizi sizə gündəlik göstərir. Bundan əlavə siqaret istədiyiniz anda
"təcili" düyməsinə basırsınız və proqram avtomatik olaraq siqaretin insanlara necə zərər verdiyini, insanları nə halda saldığını göstərən şəkillər və bu haqda məqalələri sizə təklif edir və beləcə
siqaretdən soyumuş olursunuz.
Quit Smoking: Cessation Nation
Bu tətbiq vasitəsilə büdcənizə nə qədər qənaət etdiyinizi və nə qədər siqaretin sizi zəhərləmədiyini görə bilərsiniz. Bundan əlavə bu tətbiqdə siqaret istəyən zaman fikri yayındıracaq bir neçə maraqlı oyun mövcuddur. Eyni zamanda siqareti bu tətbiq vasitəsilə tərk etmiş adamlarla əlaqə saxlaya bilərsiniz.
Quit Smoking: Cessation Nation yüklə
Get Rich or Die Smoking
Zəngin ol yada siqaret çək öl. Bu tətbiq sizi siqaretdən çəkindirmək üçün əlindən gələni edir. Siqareti tərk edənlərin bunu necə bacardıqları haqqında yazılarında olduğu bu tətbiq olduqca faydalıdır.
Şərh yoxdur