main-post-cover

    Siri balaca uşağın həyatını xilas edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple-ın rəqəmsal köməkçisi Siri, yayımlandığı gündən bu yana qədər həqiqətən də ciddi bir mərhələ qət etdi və bir xeyli inkişaf etdi. Lazımi anlarda bir çox işdə köməyimizə gələn Siri, getdikcə əsl həyat köməkçisinə çevrildi. Bununla yanaşı keçdiyimiz günlərdə Siri-nin düzgün istifadə edildikdə həyat xilas edə bildiyinin şahidi olduq. Yahoo News-da qeydə alınmış xəbərə görə Avstraliyada reallaşan hadisədə, avstraliyalı qadın Stacey Gleeson bir yaşındakı qızının nəfəs almadığını və üzünün göyərdiyini hiss edib. Dərhal qızının yanına qaçan ana, övladı Giana-nı qucağına alarkən telefonunu yerə salıb. Körpəsi qucağında ikən o an telefona çata bilməyən ana təlaşa düşüb və son anda ağlına Siri gəlib. "Hey Siri" funksiyasından faydalanan ana, Siri-nin dərhal təcili yardım çağırmasını istədi. Təcili yardım dərhal gələrək körpənin həyatını xilas etdi. Qadın hadisədən sonra, həyat yoldaşı iş yerində işləyərkən rəqəmsal köməkçi qızının həyatının xilas edilməsində böyük rol oynadığını söylədi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər