main-post-cover

    Siri-ə rəqib ola biləcək yeni səsli köməkçi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple Siri-ni aldıqdan sonra sözügedən layihədən ayrılan mühəndislər Dag Kittlaus və Adam Cheyer Viv adlı unikal səsli köməkçi yaradırlar. Viv-in yaradıcılarının sözlərinə görə onun təqdim etdiyi imkanlar Siri-nin təqdim etdiyi imkanlardan daha genişdir. Beləliklə Viv insanla müxtəlif internet servislər arasındakı köməkçi rolunu oynayacaq. Proqramçılar Viv-in iş prinsipinə aydınlıq gətiriblər. Smartfonu yalnız səslə idarə edən zaman istifadəçilər özlərinə yaxın pizza restoranından 4 ədəd pizza sifariş edə biliblər. Təbii ki, tək pizza ilə söhbət yekunlaşmır. Məsələn Viv ağıllı ev platforması olan Ivee-nin sayəsində işıqları yandırıb söndürə və ya Uber servisi ilə istifadəçiyə taksi sifariş edə bilər. Viv-in yaradıcıları bir çox şirkətlərlə əməkdaşlıq etməyə hazırdırlar. Beləliklə onların səsli köməkçisi soyuducu və avtomobil kimi müxtəlif cihazlarla işləyə biləcək. Verilən məlumata əsasən Viv-in ərsəyə gəlməsinə 4 il vaxt lazım olub. Sözügedən layihəyə artıq Google və Facebook kimi şirkətlər maraq göstərməyə başlayıblar. Viv haqqında ətraflı məlumatın isə yaxın zamanda veriləcəyi qeyd olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər