

Applenin Şəxsi assistenti Siri hal-hazırda iPhone, iPad, Apple Watch və Apple TV istifadəçilərinə kömək etməyə çalışır. Görünüşə görə Mac istifadəçiləri də tezliklə SİRİ\'dən istifadə etməyə başlaya biləcəklər.
9to5Mac\'in verdiyi məlumata görə Apple, OS X\'in növbəti versiyasına SİRİ\'ni də əlavə etməyi planlaşdırır. Bu yeni əməliyyat sisteminin isə ilin sonlarına doğru yayımlanması gözlənilir. Yəni il sonuna qədər Siri, Mac istifadəçiləri üçün də yayımlanacaq .
Deyilənlərə görə Apple, Mac-ın menyu hissəsində Saat və Spotlight ikonasının yanına Siri ikonasını əlavə edəcək. İstifadəçilər bu ikona vasitəsilə əlaqə keçəcəkləri SİRİ\'nin bir sual soruşduqları zaman, Siri virtual olaraq sağ üst küncdə görünəcək və istifadəçisinə soruşduğu suallara cavab verməyə çalışacaq.


Şərh yoxdur