main-post-cover

    Siri sürücünü xilas edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Siri sizin köməyinizə müxtəlif üsullar ilə gələ bilər: nağıl danışa bilər, yerinizə mesaj yaza bilər, məhşurların şəkillərin axtara bilər və s. Lakin Amerikada baş vermiş bu hadisə daha fərqlidir və virtual intellekti yaradanların fəxr etməsinə səbəb ola bilər. 18 yaşlı sürücü öz yük maşınının təmiri ilə məşğul olduğu zaman kabina aşağı enir və sürücünü əzir. Arada qalmış sürücünün tərpənmək imkanı olmadığından yalnız kömək üçün qışqırmağa başlayır. Onun köməyinə isə Siri gəlir. Sürücünün arxa cibində olan iPhone-nun Home düyməsi arada qalaraq sıxılır və Siri-ni aktiv edir. Sirinin aktiv olunması siqnalını eşidən sürücü var gücü ilə 911-ə yığması öz virtual köməkçisinə əmr edir. Təcili yardım işçiləri özlərini dərhal hadisə yerinə çatdırıb ölüm ilə üz üzə qalan sürücünün həyatını xilas edir. Zərərçəkənin adı və hadisənin digər detalları haqqında ətraflı məlumatımız yoxdur - bilinən isə tək şey var. Siri özünü vaxtında çatdırmasaydı yəginki bu cavan oğlan evinə sağ qayıda bilməzdi
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər