
Siriyə "Samsung"dan yeni rəqib- Bixby
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Samsung” çoxdan gözlənilən addım atdı və "Apple”ın Siri-sinə rəqib olan Bixby-ni yaratdı. Yeni səsli asistant Bixby "Samsung”un Galaxy S8 modelində istifadəsi nəzərəd tutulur
"Apple” şirkətinin iPhone 4s ilə istifadəçilərə
təqdim etdiyi səsli asistant Siri, iOS, macOS və watchOS kimi əməliyyat sistemlərində
yer alırdı. Amma artıq Siriyə yeni bir rəqib gəlir, həm də rəqib şirkət olan
Samsung tərəfindən. Xatırladaq ki, Samsung keçən il Viv Labs adlı firmanı
almışdı. Bu isə artıq həmin vaxtdan Samsung-un səsli assistant üzərində işlədiyi
haqda fikirlərin ortaya çıxmasına şərait yaratmışdı. Son gələn məlumatlarda isə
yeni səsli asistantın adının Bixby olacağı bildirilib. Bu yenilik Galaxy S8 ilə
birgə təqdi olunması gözlənilir.Yeni Galaxy S8 modelinin isə 2017-ci ilin
fevral və ya mart ayında tanıtımı nəzərdə tutulur. Maraqlıdır Bixby də Siri qədər
sevilə biləcəkmi?

Linki kopyala
Həftənin xəbərləri

