
Sony istehsalı telefonları hər zaman diqqəti cəlb etməyi bacarıb. Bu dəfə Sony Xperia XZ, Galaxy Note 7-ni arxada qoymağı bacardı.
Galaxy Note 7 satışa çıxarıldıqdan sonra qiymətləndirmə siyahısında 2016-cı ilin ən yaxşı telefonu olacağı haqda rəylər yer alırdı. Amma təəssüf ki, Samsung Galaxy Note 7 ilə bağlı baş vermiş partlayışlar cihazın istifadəçilər tərəfindən istifadəsinin azalmasına səbəb oldu. Hətta buna görə cihazın geri alımı barəsində şirkət rəsmi açıqlama etməyə məcbur qaldı.
Vəziyyət belə olduqda Galaxy Note 7-ni Xperia XZ əvəz etdi. Apteligent şirkətinin 2016-cı ildə apardığı araşdırmaya görə Sony-nin yeni modeli Xperia XZ ortaya çıxan barmaq izi sensoru probleminə baxmayaraq ilin ikinci yarısında satışa çıxarılan, ən çox tələb görən ağıllı telefon olub.
Galaxy S6 haqqında hər şey!
Apteligent şirkəti bu nəticələrə izləmə API-ləri ilə apardığı araşdırmalar nəticəsində nail olub.
Dünya səviyyəsində Note 7 istifadəsi oktyabr ayında 35% artdığı halda, ortaya çıxan problemdən sonra onun yerini Xperia XZ telefonu əvəz etdi. Samsung Galaxy Note 7 yaşadığı problemdən sonra siyahıda geriləsə də LG V20, HTC Bolt və OnePlus 3T-dən öndə yer alır.