Siyahıda Sony Xperia XZ, Galaxy Note 7-ni əvəz etdi

08.05.2017 0 PAYLAŞIM 5572 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Sony istehsalı telefonları hər zaman diqqəti cəlb etməyi bacarıb. Bu dəfə Sony Xperia XZ, Galaxy Note 7-ni arxada qoymağı bacardı.

Galaxy Note 7 satışa çıxarıldıqdan sonra qiymətləndirmə siyahısında 2016-cı ilin ən yaxşı telefonu olacağı haqda rəylər yer alırdı. Amma təəssüf ki, Samsung Galaxy Note 7 ilə bağlı baş vermiş partlayışlar cihazın istifadəçilər tərəfindən istifadəsinin azalmasına səbəb oldu. Hətta buna görə cihazın geri alımı barəsində şirkət rəsmi açıqlama etməyə məcbur qaldı.

Vəziyyət belə olduqda Galaxy Note 7-ni Xperia XZ əvəz etdi. Apteligent şirkətinin 2016-cı ildə apardığı araşdırmaya görə Sony-nin yeni modeli Xperia XZ ortaya çıxan barmaq izi sensoru probleminə baxmayaraq ilin ikinci yarısında satışa çıxarılan, ən çox tələb görən ağıllı telefon olub.

 

Apteligent şirkəti bu nəticələrə izləmə API-ləri ilə apardığı araşdırmalar nəticəsində nail olub.

Dünya səviyyəsində Note 7 istifadəsi oktyabr ayında 35% artdığı halda, ortaya çıxan problemdən sonra onun yerini Xperia XZ telefonu əvəz etdi. Samsung Galaxy Note 7 yaşadığı problemdən sonra siyahıda geriləsə də LG V20, HTC BoltOnePlus 3T-dən öndə yer alır.