
Sizi telefondan az istifadə etməyə məcbur edən 5 tətbiq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Telefona lazım olandan çox vaxt ayırırsınızsa, hər gün telefona görə vaxtınızı boş yerə sərf edirsinizsə, sizə təqdim edəcəyimiz 5 tətbiq çox işinizə yarayacaq.
Forest (Android, iOS, Windows Phone, Chrome və Firefox)

Telefonu yoxlamaq üçün tez-tez telefona baxırsınızsa, telefona toxunmadığınız vaxt ərzində sizi mükafatlandıran Forest'dən istifadə edə bilərsiniz. İşinizi həll etmək və ya dərslərinizi oxumaq istədikdə tətbiqi açıb bir ağaç əkin. Ağacın böyüməsini istəyirsinizsə, 30 dəqiqə ərzində telefona toxunmayın.
Mobil tətbiqdə tətbiqi açıq saxlamalısınız, amma web brauzer versiyasında seçdiyiniz qara siyahıdakı saytlara daxil olmamalısınız.
Checky (Android, iOS)

Checky, telefonu gündə neçə dəfə açdığınızı sizə göstərən, bütün məqsədi bundan ibarət olan sadə tətbiqdir. Checky'də gördüyünüz rəqəm sizi narahat edəcək qədər böyükdürsə, deməli telefona çox bağlısınız. Telefonu səbəbsiz yerə yoxlamaq əvəzinə gördüyünüz işə fikir verin. Telefona baxmaqla kifayətlənməyin, niyə baxdığınızı fikirləşin.
Unplug (2 dolar, iOS)

Bu tətbiq gündəlik iPhone istifadəsini izləyir, telefona nə qədər vaxt sərf etdiyinizi və bir çox statistikanı sizə təqdim edir. Tətbiqdən istifadə edərək özünüzə gündəlik limit qoya bilərsiniz, limitə əməl etdiyiniz üçün mükafatlar qazana bilərsiniz. Gözəl interfeysə malik tətbiq, sizi telefondan daha az istifadə etməyə məcbur edir.
Productivity Challenge Timer (Android)

Productivity Challenge Timer, tənbəliyinizə lağ edən tətbiqdir. Tətbiqinizin insan kimi olmağı və işləri oyun formasına salmağı xoşunuza gəlirsə, Productivity Challenge Timer çox işinizə yarayacaq.
Freedom (Windows, Mac, iOS ve Android)

Yuxarıda təqdim etdiyimiz tətbiqlər sizi telefondan uzaqlaşdıra bilməyibsə, diqqətinizi yayındıran saytları blok etmək faydalı ola bilər. Freedom, belə saytların siyahısını tərtib edərək, bir neçə saatlıq blok etməyinizə şərait yaradır.
Freedom'u pulsuz istifadə edə bilərsiniz, amma bəzi funksiyalar üçün ödəniş etməyiniz tələb oluna bilər.
Linki kopyala
Həftənin xəbərləri

