main-post-cover

    Skype-a faydalı funksiyalar əlavə olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Microsoft şirkəti Skype-da faylların göndərilmə mexanizmində dəyişiklik edib. Belə ki, artıq bir şəxs digərinə hər hansı bir faylı göndərən zaman onların hər ikisinin eyni anda online olmaları məcburi olmayacaq. Bundan əlavə olaraq göndərilən faylların həcmi də genişləndirilib. Skype-ın son versiyası 300 MB həcmli faylları göndərməyə imkan verir. Məlumata əsasən bu cür həcm testlər nəticəsində müəyyən edilib. Bir tərəfdən bu istifadəçilər üçün messenger-i daha rahat edir, digər tərəfdən isə serverlər yüklənməyə məruz qalmır. Beləliklə Skype-da göndərilən faylların həcmi 100 MB-dan 300 MB-a yüksəlib. Faylları həmçinin online olmayan şəxslərə belə artıq göndərmək mümkündür. Sənədlər, fotolar və digər fayllar Microsoft-un serverlərində 30 gün ərzində saxlanılır. Bununla yanaşı göndərilən fayllara olan linklər Skype istifadə edən bütün cihazlarda sinxronlaşdırılır. 30 gün ərzində istifadəçi istədiyi vaxt Skype-a daxil olaraq faylı yükləyə bilər. 
    Linki kopyala