Smartfon oğrusunu izləyərək onun haqqında sənədli film hazırladı (VİDEO)

Smartfon oğrusunu izləyərək onun haqqında sənədli film hazırladı (VİDEO)

Texnologiya
08.05.2017 PAYLAŞIM

Hollandiyadan olan tələbə, iki həftə ərzində oğrunun zənglərini dinləyərək və videosunu çəkərək onu izləyib.

Alınmış materiallardan o, sənədli film hazırlayıb. Bu qeyri-adi əhvalat, Amsterdamda nahar yeməyi zamanı Anthony van der Meer-in iPhone cihazının oğurlanmasından sonra baş verib. O, oğurluq hadisəsi ilə bağlı polisə müraciət etsə də, oğru artıq çoxdan smartfondan SIM kartı çıxartmış və cihazın internetini deaktiv etmişdir. Statistikaya əsasən holland polisi hər həftə 300 mobil telefon oğurluğu hadisəsini qeydə alır. Nəticədə isə həmin smartfonlar öz sahiblərinə qaytarılmır. Van der Meer isə öz şəxsi istintaqını aparmağı qərarlaşdırıb.

 


 

Bunun üçün o, yeni telefon alaraq ona Cerberus tətbiqini yükləyib. Bu tətbiq vasitəsilə istifadəçi öz smartfonundan geolokasiya məlumatlarını əldə edə, onda olan faylları idarə edə, və gizli şəkildə kamera ilə mikrofonu aktiv edə bilər. Bütün bu əməliyyatları istifadəçi öz smartfonunda uzaq məsafədən edə bilər. Nəticədə 4 gündən sonra Cerberus tətbiqinin olduğu smartfon da oğurlandı. Lakin bu dəfə Van der Meer, oğrunun hər bir addımını izləyə bilirdi. Öz qeyri-adi istintaq videosunu isə Van der Meer YouTube-dakı kanalına yerləşdirib.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×