Smartfon, planşet, kompüter və fotokameranı özündə birləşdirən GraalPhone adlı cihaz (VİDEO)

Smartfon, planşet, kompüter və fotokameranı özündə birləşdirən GraalPhone adlı cihaz (VİDEO)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

CES 2017 sərgisi yalnız televizor, smartfon və robotların təqdim edildiyi bir tədbir deyil.

Burda həmçinin çox maraqlı konsept cihazlar da təqdim olunur. Fransanın kiçik bir şirkəti bu sərgiyə GraalPhone adlı qeyri-adi konsept cihazını təqdim etmək üçün gəlib. Sözügedən cihaz, 4-ü 1-də hesab olunur. Yəni onu həm smartfon, həm planşet, həm kompakt noutbook, həmdə 5 qatlı optik zoom özəllikli kamera kimi istifadə etmək olar. GraalPhone, Windows 10 və Android əməliyyat sistemləri vasitəsilə çalışır. Hal-hazırda şirkət işlək vəziyyətdə olmayan prototiplərə sahibdir. Bu konseptin ideyası belədir: İstifadəçi, bir-birindən asılı olmadan çalışan Android smartfona və Windows 10 əməliyyat sistemli kompüterə sahibdir. Aparatı korpusa yerləşdirən zaman isə GraalPhone, 7 inç-lik Android planşetə çevrilir.


Bu rejimdə istifadəçi üçün iki ədəd kamera aktiv olur. Beləliklə istifadəçi 3D fotolar çəkmək imkanına sahib olur. Kənara açılan ekranın alt hissəsində isə touchpad xüsusiyyəti olmayan klaviatura yerləşir. Xarici görünüşcə GraalPhone qənaətbəxş deyil. Lakin buna baxmayaraq cihazın yaradıcıları nikbindirlər və bu ilin sonunda yada gələn ilin əvvəlində cihazın final versiyasını təqdim etməyi planlaşdırırlar. GraalPhone-nun qiyməti isə 800-1000 avro arasında olacaq. Konsept cihazın yaradıcıları bir sıra böyük smartfon istehsalçıları ilə əməkdaşlığa ümid edirlər. Hal-hazırda isə onların önündə ən vacib iş dayanır. Belə ki, onlar elə etməlidirlər ki, hər iki əməliyyat sistemi bir-birinə mane olmadan normal şəkildə çalışsın.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×