Hər
birimizə məlumdur ki, son zamanlar daha doğrusu son 10 ildə mobil telefonlarda
olan texnoloji inkişaf heyatımıza inteqrasiya edib. Gündəlik fəaliyyətimizin hər
bir hissəsində demək olar telefonlardan istifadə edirik.Yaxşı, bəs müasir dövrdə
biz ağıllı telefonlardan hansı məqsədlər üçün istifadə edirik? Və mobil
telefonlar bizə hansı səviyyədə təsir edir? Gəlin bu suallara birlikdə cavab axtaraq.
1. Mobil
telefonlardan yarandığı tarixdən etibarən danışıq və əlaqə vasitsəsi kimi
istifadə edirik və hal hazırda demək olar ki, istehsal olunan bütün
telefonlarda bu funksiya var.Əvvəllər mobil telefonlardan yalnız operatorlar üzərindən
əlaqə yaratmaq üçün istifadə olunurdusa hazır ki, dövrdə texnologiya elə bir səviyyədə
inkişaf edib ki, internet üzərindən əlaqəni təmin etmək mümkün olur. Bəzi tətbiqetmələri
smartfonunuza yükləməklə bu bağlantıları həyata keçirə bilərsiniz. Təbii, burada
söhbət "Skype”, "Viber”, "Line”, "Whatsapp” və s. Kimi tətbiqetmələrdən gedir. Yəni
belə deyə bilərik ki, müasir dövrdə artıq mobil operatorların istifadəsi
yavaş-yavaş arxa plana keçir.

2. Hələ
2000-ci ilə qədər səyahətlərə,tədbirlərə və önəmli görüşlərə gedən zaman
yanımızdan fotoaparatları əksik etməzdik. Yəqin ki, lentlə işləyən fotoaparatları
hamınız xatırlayırsınız. Çəkilən şəkillərə lentdə baxmaq insana başqa cür zövq
verirdi. İllər keçdikcə mobil telefonlara kameralar əlavə olunmağa başladı və bu
inkişaf elə səviyyəyə gəlib çatdı ki, artıq iri mobil telefon istehsal edən
şirkətlər sırf bu prinsipə görə öz aralarında rəqabət aparırlar. Artıq mobil
telefonlardan şəkil çəkmək üçün rahatlıqla istifadə edə bilirik və bu cür
inkişaf həyatımızı asanlaşdıran parametrlərdən biridir. ”Selfie” mövzusuna gəldikdə
isə qeyd edə bilərəm ki, artıq bəzi iri firmalar sırf ön kameranın yüksək
keyfiyyətdə şəkil çəkməsinə önəm verilər bunada səbəb alıcıların
maraqlarıdı. Getdiyimiz hər bir məkanda "selfie” etməsək sanki ora getməmiş kimi
oluruq.Həyatımıza daxil olan bu "selfie” yaşam tərzimizi bir növ ətrafdakılarla
bölüşməyimizə zəmin yaradır. Tam unutmuşdum ,bir də "Retrica” var.Hə, oğlanların
düşməni retricadan danışıram. Xəyyalları puç edən bu tətbiqetmə xanımların mobil
makyaj alətidir.

3. Sosial
bələdçimiz olan mobil telefonlar. Yəqin ki, internetə daxil olmaq gün ərzində
mail və sosisal şəbəkə hesablarımızı nəzarət altında saxlamaq hamımızın gündəlik
vəzifə borcudur. Mobil telefonlar öz mobilliyi ilə bizə ən yaxın və ən yaxşı
vasitədir bu mövzuda. Gün ərzində əlimizə sanki zincirlənən mobil telefonlar
bizim sosial aləmə çıxışımızı təmin edən ən əsas vasitədir.Gecələr yatmazdan əvvəl,səhər
yuxudan durarkən istifadə etdiyimiz cihaz yenə də mobil telefonlardır.”İnstagram”, "facebook” , ”linkedin”, "twitter”, "gmail” və s. Bütün hesablarımıza daxil
olmaq gün ərzində bizə verilən 24 saatın böyük bir hissəsin bizdən qoparır.
4. İctimai
nəqliyyatda, asudə vaxtlarda və yaxud sırf marağ üçün gündəlik oynadığımız
mobil oyunlardan danışım sizə. Rekord göstərici əldə etmək üçün ayaqyoluna belə
telefonla gedən insanlardan yəqin ki, sizində xəbəriniz var.Batareya ömru az
olduğu üçün telefonu enerjiyə bağlayıb bir nöqtədə küncə sıxılıb mobil oyun
oynayanlar da sizlərsiz.Hələ bu oyunlar üçün pul xərcləyənlərdən
danışmıram.Vaxtı pula çevirməyə çalışdığımız bu dövrdə bizlər artıq pulu vaxta
çeviririk ki, yeni personajlarla oyun oynayaq.Heç düşündünüzmü elə bunun kökündə
məhz mobil telefonlar dayanır? Nəticədə itirdiyiniz vaxt, əsəb, gərginlik və bəzəndə
pul sizin gələcəyinizi riskə atır.
5. Musiqi playerlərin xatırlamayan insan yoxdur
demək olar varsada çox azdır və birdən birə həmin playerlərin yox oluşun təəssüf
ki, hamımız sakit şəkildə izlədik.Bəli, mobil telefonlar müasir dövrün elə ən
yaxşı playerləridir. Piyada keçidindən keçən iki xanım düşünün və qulaqlıqların
mühasirəsində ünsiyyətdən kənar diqqətsizlik ucbatından hər an qurbana çevrilə
bilərlər. Ya dostunuz? Siz heç dostunuzla gedərkən sırf onun qulaqlıq taxıb
musiqi dinlədiyi üçün ondan incidiyiniz an olubmu? əlbətdə olub. Ya qulaqlıqa
yol gedərkən bir anda arxaya çönüb sanki sizi kimsə çağırdı deyə reaksiya göstərdiyiniz
anlar olubmu? Bəli,budur mobil telefonların daha bir imkanı və bizi aslı vəziyyətə
saldığı digər bir nüans.

6. Rəqabət
və mübarizə. Daim yenilənən texnologiyalardan biri mobil telefondur. İnsan oğlu
isə maddi durumdan asılı olmayaraq texnologiya ilə ayaqlaşmağa çalışır.”Ən
bahalı model məndədir” , "Ən yeni modeli mən istifadə edirəm”, "Ən gülü kamera
mənim telefonumdadır” , "Mənim elefonum isə ən yaxşı oyunları açır”. Eyy
Conatan bəlkə səndə özünə telefon alasan.Hə Mikel mənim maddi imkanım olmasada
kreditlə ala bilərəm, düşünürəmki anam Alisa aldığı 200 manat əmək haqqı ilə
bunu 1 ilə ödəyə bilər.Sizə qəribə gəldi elə deyilmi? Qəribə gəlməsin.Çünki, bu
reallıqdır.Ölkəmizdə də Mikel kimi şəxslərin sayı hesabı yoxdur olan isə əlbətdəki,
Alisalara olur qazanan isə brendlər və satıcılar. İtirən həmişə biz.

Mən
bu məqalədə sizlərə mobil telefonların həyatımıza nece inteqrasiya etməsindən,bizə
necə təsir göstərməsindən danışdım.Açığı mobil telefonlar həyatımızı çox
asanlaşdırıb və bizə böyük köməyi var.Lakin hər şeyi həddində istifadə etmək
gözəldir.Biz bu gün mobil telefonların qurbanı onların əsirləriyik.İri firmalar
isə bundan istifadə edib bizim üzərimizdən milyonlar qazanırlar.
Şərh yoxdur