main-post-cover

    Smartfonlar üçün yüksək dəqiqliyə malik 3D skaner

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Smartfonunuzu 3D skanerə çevirmək fikri necə səslənir?
    Eora 3D şirkəti bunun reallaşdırılmasının yollarını axtarır. Eora 3D skaneri Android və İOS sistemli smartfonlar üçün yaradılmış əlavə qurğudur. Skaner telefonun enerjisinin hesabına işləyir və hal-hazırda Kickstarter saytında $229 qiymətinə təqdim olunur. Skanerin 2016-cı ilin iyun ayında satışlarına start veriləcəyi gözlənilir. Bu qurğunun yaradılmasında iştirak edənlər avstraliyalı biznesmenlər Rahul Koduri, Richard Boers və Asfand Khan-dır. Onlar müəyyən dəqiqliyə malik skaner axtaranda yalnız qiyməti $20.000 olan məhsullara rast gəldilər. Bu onlar üçün çox gülünc görünürdü. Daha sonra onlar iPhone ilə əlaqədə işləyəcək öz 3D skanerlərini yaratmaq fikrinə gəldilər. Rahul Koduri-nin sözlərinə görə onlara lazım olan dəqiqliyə malik skanerlər çox baha idi. Lakin daha ucuz qiymətə olan skanerlər lazımi dəqiqliyə malik deyildilər. Asfand Khan bildirib ki, qurğu üçün hətda proqram belə mövcuddur. Həmin proqrama daxil olub skan etmək kifayət edir. Proqram özü avtomatik fokusu tənzimləyəcək. Skaner üçün nəzərdə tutulmuş proqramı artıq App Store İOS və Google Play Store-dan yükləmək olar. Asfand Khan-ın sözlərinə görə qurğu 3-5 dəqiqə ərzində skan etmək qabiliyyətinə malikdir. Eora 3D 100 mkm (mikrometr) dəqiqliyə kimi skan edə bilir. Qurğunun əsas özəlliklərindən biri də yaşıl lazerin olmağıdır. Yaşıl lazer vasitəsi ilə işıqlandırmanın istənilən şərtlərində skan etmək mümkündür. 



    Linki kopyala