Smartfonu hack etməyə imkan verən cihazı necə almaq olar?

08.05.2017 0 PAYLAŞIM 5510 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Vice Motherboard saytı çox maraqlı təcrübə keçirdib.

Belə ki, sayt, hüquq-mühafizə orqanlarının, smartfonları hack etmələri üçün istifadə etdikləri xüsusi cihazı əldə etməyə çalışıb. Smartfonlar bizim həyatımızın ayrılmaz bir hissəsi olduqları üçün bir çox kriminalistlər cinayətkarların mobil telefondakı şifrəni qırıb ordakı məlumatları əldə edirlər. Məlum olduğu kimi isə tələbat, təklif yaradır. "Technote.az "ın "Vice Motherboard "a istinadən verdiyi xəbərə əsasən məlum olub ki, bu cür cihazı əldə etmək üçün polis işçisi və ya kriminalist olmağa ehtiyac yoxdur. Sözügedən cihazı hətta hər-hansı bir yoxlanış olmadan belə əldə etmək olar. Belə ki, satıcıları, alıcıların kimliyi maraqlandırmır. eBay-da müxtəlif cihaz firewall-larından əlavə həmçinin "Cellebrite” şirkətinin Universal Extraction Forensics Devices (UFED) cihazını satan satıcı tapılıb. İzrailin sözügedən şirkəti, kiberkrimialistlər üçün bir sıra məhsullar hazırlayır və çoxlarının fikrincə məhz bu şirkət, FBI-a terrorçunun iPhone-nun hack olunmasında köməklik edib.

Şirkətin cihaz və proqram təminatları, mobil telefondan kontaktlar siyahısı, elektron poçt, qeydlər, zənglər, ismrarıclar, brauzer məlumatlarını və s. əldə etməyə imkan verir. Həmçinin eBay-da aşkar edilmiş satıcı, UFED cihazının hərbi əməliyyat ərazilərində istifadə olunan versiyasını da təklif edir. Jurnalistlər satıcıdan, cihazı alan zaman üstündə lazımi proqram təminatının olub olmadığını öyrəniblər. Satıcı isə bildirib ki, proqram təminatı internetdə mövcuddur və onu sadəcə yükləmək lazımdır. "Cellebrite” şirkətinin məhsullarını satan şəxslər ilk öncə alıcıdan, saytdan qeydiyyatdan keçməyi və saytın qapalı bölməsində sorğu qoymağı tələb edirlər. Lakin Vice Motherboard jurnalistləri, özəl xəfiyyələrə müxtəlif məhsulların satışı ilə məşğul olan xüsusi sayt aşkar ediblər. Həmin saytda isə qiyməti 13.000$ olan UFED Touch Ultimate cihazı satılır.

Həmin cihaz smartfondakı məlumatları əldə edə, onları poza və ya telefondakı təhlükəsizlik sərhədini keçə bilir. Jurnalistlər alış üçün tələb olunan bütün əməliyyatları yerinə yetiriblər. Lakin onlardan, onların əslində hüquq-mühafizə orqanları ilə bir əlaqələrinin olduqlarını heç kim soruşmayıb. Həmçinin saytın qaydalar və istifadə şərtləri bölməsindədə bu məhsulların adi adama satılmasının qadağası barəsində heç bir məzmuna rast gəlinməyib. Bununla yanaşı sayt, şirkətin məhsullarını satmaq lisenziyasına sahibdir. Bu isə o deməkdir ki, alıcılar mütəmadi olaraq yenilənmələri əldə edəcək və texniki dəstəyə sahib olacaqlar. Bu kiçik istintaqın nəticəsində jurnalistlər məsələ ilə bağlı "Cellebrite” şirkətinə müraciət ediblər. Şirkət isə ənənəvi cavab olaraq lesinziya razılaşmasının, məhsulların alıb satılmasını qadağan etdiyini qeyd edib.