main-post-cover

    Snapchat-a gözlənilən funksiya gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Öz-özünü məhv edən foto və video göndərmək funksiyası ilə uğur qazanan Snapchat messengeri daha böyük auditoriyaya çatmaq üçün özünə yeni funksiya əlavə edəcək. Yaxın zaman ərzində Snapchat-a "Memories” funksiyası əlavə ediləcək. Yeni funksiya sayəsində çəkilmiş fotoları yaddaşa yazmaq asan və daha öncə çəkilmiş fotoları paylaşmaq olacaq. İstifadəçilər Snapchat-i ilk dəfə istənilən foto və video paylaşmaq üçün istifadə edəcəklər. Bura həmçinin digər tətbiqlər sayəsində çəkilmiş foto və videoları paylaşmaq da daxildir. Daha əvvəllər isə yalnız Snapchat vasitəsilə çəkilmiş foto və videoları göndərmək mümkün idi. Yeni funksiya sayəsində istifadəçilər Snapchat-ın məşhur xüsusiyyətindən uzaq olub foto və videolara Instagram-dakı kimi düzəliş edərək onları göndərə biləcəklər. "Memories” funksiyası ilə birlikdə Snapchat digər sosial şəbəkələr ilə rəqabət aparmağa hazırdır. Bu siyahıda isə əsas rəqib qismində təbii ki, Instagram dayanır. Qeyd edək ki, bu ilin may ayında Snapchat IOS platformasında ən məşhur tətbiqlər sırasında birinci yeri tutmuşdur. Snapchat hal-hazırda da gənclər arasında çox məşhurdur. Buna baxmayaraq onun məşhurluğu son 12 ay ərzində 25-44 yaş arası auditoriya hesabına böyüyür. 
    Linki kopyala