main-post-cover

    Snapchat filtrləri hansı məntiqlə işləyir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Yarandığı vaxtdan bu günədək bir çoxları tərəfindən sevərək istifadə olunan Snapchat çox maraqlı və bir o qədər qəliz işləmə rejiminə sahibdir. Qəlizdir, çünki bu sistemi qurmaq üçün çox ciddi proqramlaşdırma biliklərinə sahib olmaq lazımdır.

    Bir çoxlarımız Snapchat-a xas görüntülərdə istifadə olunan maraqlı formaları filtrlər adlandırsaq da, şirkət bunu linzalar adlandırır. İnsan üzünü çox sürətli və 3D formada qrafik istifadə edərək maraqlı formalar verən filtrlər əslində Ukrayna startapına aiddir və 2015-ci ildə "Snapchat" tərəfindən 150 milyon dollara alınıb. Hətta şirkət onları öz əlində saxlamaq üçün hüquqi maneələr qoymuşdur.
    Snapchat bu filtrlər haqda tam açıqlama verməsə də patentlərini onlayn olaraq yayımlayıb. Belə ki, bu proqram insan üzünün parçalarını nöqtə-nöqtə olaraq təyin edir. Burda göz, qaş, dodağın yeri nöqtələrlə təyin olunur və bundan sonra üzdəki əsas hissələri təsbit etdikdən sonra nöqtələr arasındakı məsafəni tənzimləyir. Sonra bir maska yaradır və maskaya 3D qrafik tətbiq olunur.
    Daha ətraflı məlumatı aşağıdakı videodan ala bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər