main-post-cover

    “Snapchat”, Son Yenilənməsi ilə Daha Gözəl və Funksional Olacaq

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dizaynı, uzun müddət tənqid edilən "Snapchat”, yeni interfeysi və funksional bacarıqları ilə qarşımıza çıxır.

    "Snapchat” daha bir böyük dizayn dəyişikliyi edir. Şəkil paylaşım tətbiqi, görünüşünü böyük ölçüdə dəyişdirəcəyi, böyük bir yenilənməyə imza atmağa hazırlaşır. Yeni Snapchat, beta versiyası ilə bəzi "Android” istifadəçilərinə artıq yenilənmə şəklində göndərilib. Son yenilənmə ilə Snapchat, dünyanın dörd bir yanında paylaşılan şəkilləri və onların təsirləndirici hekayələrini danışacaq bir axtarış bölməsi yaradıb. Snapchat-ın Beta versiyasını istifadə edənlər, onu köhnəsindən daha praktik hesab ediblər. İstifadəçilər artıq yenilənmədən sonra tətbiqdən daha səmərəli şəkildə istifadə edə bilir və dostları ilə asan əlaqə qura bilirlər.

    Snapchat uzun müddət qarışıq dizayn interfeysi səbəbi ilə tənqidlərə məruz qalmışdı. Son yenilənmə, tətbiqin daha asan istifadəsinə imkan tanıyır və istifadəçilərin menyular arasında itmək yerinə, tək bir toxunuşla hər hansı birinə və ya şəkilə çatmasına şərait yaradır.
    "Snapchat”-ın son yenilənməsinin "Android” versiyası qarşıdakı günlərdə paylaşılacağı gözlənilir. iOS istifadəçiləri isə biraz daha gözləməli olacaqlar.
    Linki kopyala