Snapchat və Disney əməkdaşlıq edəcək
Sosial Media
07.05.2017
Orkhan Karimov
Böyük şirkətlər arasında rəqabət hər zaman davam etməkdədir. Rəqabət isə bazara yeniliklərin gətirilməsində böyük rol oynayır. Məhz buna görə də Snapchat, Facebook-dan geri qalmaq niyyətində deyil.
Facebook, Snapchat-ın sahib olduğu bir sıra
xüsusiyyətləri öz tərkibinə qatmaqda davam edir. Bunu nəzərə alan Snapchat isə
yeniliklər etməyi, öz platformasını daha irəli səviyyəyə daşımağı öz qarşısına
məqsəd qoyub.
Snapchat mesajlaşma tətbiqi olsa da ancaq
bu sahədə qalmaq niyyətində deyil. Yeni verilən məlumata görə Snapchat artıq Disney ilə əməkdaşlığa başlayıb. Disney ilə razılığa gələn Snapchat yeni bir
xüsusiyyətini tanıda bilər. Artıq bir müddət sonra istifadəçilər Snapchat-da
mini formatlı filmlər görə biləcəklər.
Şirkət Disney tərəfindən hazırlanan
filmi yayımlayacaq. Mini formatlı bu filmin adı "Watch Party: The
Bachelor” olacaq. Filmin 3 yanvar 2017-ci ildə göstərilməsi nəzərdə tutulur.
Filmin minimal, izləyicisinin isə maksimal
olması gözlənilir. Amma verilən məlumatda bu nümayiş olunan filmlərin 24 saat sonra silinəcəyi bildirilir. Hər iki şirkət bu yenilikdən çoxlu gəlir əldə etməyi
planlaşdırır. Layihənin isə nə qədər uğurlu olacağını gələcək göstərəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)